“Dədə Qorqud”
jurnalının növbəti nömrəsi çapdan
çıxıb
AMEA-nın Folklor İnstitutunun Elmi şurasının
qərarı ilə “Dədə Qorqud” elmi-ədəbi
toplusunun 86-cı nömrəsi nəşr olunub.
Filologiya elmləri doktoru, professor Ramazan
Qafarlının redaktorluğu ilə ildə dörd dəfə
nəşr olunan jurnalın bu nömrəsində elmi məqalələr,
Azərbaycan folklorundan yeni nümunələr, türk
xalqları folklorundan örnəklər və başqa
yazılar öz əksini tapıb.
Toplunun “Qorqudşünaslıq: axtarışlar,
aşkarlamalar” rubrikasında “Kitabi-Dədə Qorqud” və
“Oğuz xaqan” Oğuznamələrində türk etnik-mədəni
gerçəkliyi”, “Kitabi-Dədə Qorqud” dastanında əxlaq
konsepsiyası və onun pedaqoji-psixoloji əhəmiyyəti”
başlıqlı məqalələr oxucuların
ixtiyarına verilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər”
bölməsində “Azərbaycanın fikri, milli və ədəbi
oyanışı”, “Dəyişən folklor paradiqmasında
müasir şəhər folkloru”, “Bahariyyə motivli Azərbaycan,
türk və özbək atalar sözlərinin müqayisəli
tipologiyası”, “Göyçə aşıq mühitinin
banisi – Ağ Aşıq”, “Füzuli qəzəllərində
mifoloji obrazların çoxçalarlı ifadəsi”, “Nəbi
Xəzri poeziyasına folklor prizmasından baxış”,
“Qarabağda mövcud olmuş tayfaların tarixi-mədəni
səciyyəsi”, “Nizami Gəncəvi
yaradıcılığında qarğışlar, inanclar, rəvayətlər”,
“Aşıq Sərraf Qasımın
yaradıcılığının poetik xüsusiyyətləri”,
“Koroğlu” eposunda paremioloji vahidlərin funksiyası”,
“Folklorda və yazılı ədəbiyyatda “Durna” motivi və
riyazi modelin proyeksiyası”, “Azsaylı rutul xalqının
folkloruna bir baxış”, “Qarabağ bayatılarının
quruluşu” adlı məqalələrlə tanış olmaq
mümkündür.
Toplunun “Azərbaycan folklorundan yeni nümunələr”
rubrikasında Qərbi Azərbaycan folklor örnəkləri,
“Cənubi Azərbaycan folklorundan nümunələr” bölməsində
Qaşqay folklor nümunələri, “Türk xalqlarının
folklorundan yeni nümunələr” bölməsində isə
İraq-türkman folklor örnəkləri yer alıb.
Jurnalın “Yeni nəşrlər və rəylər”
rubrikasında “Nizami poeziyasında məkan, zaman və kəmiyyət
vəhdəti (folklor və mifoloji düşüncə
kontekstində)” monoqrafiyası haqqında rəy təqdim
olunub.
Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə
Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü
ildən həm də DOI indeksi ilə dərc edilir.
Elm .- 2025.- 7 fevral(№5).- S.6.