“Məhəmməd
Əmin Rəsulzadə və müstəqil Azərbaycan”
metodik vəsaiti çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi
Elmi Kitabxanası (MEK) tərəfindən ərsəyə gələn
“Məhəmməd Əmin Rəsulzadə və müstəqil
Azərbaycan” adlı metodik vəsait çapdan
çıxıb. Kitab Azərbaycanın görkəmli
dövlət və ictimai xadimi, publisist, naşir, ədəbiyyatşünas,
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd
Əmin Rəsulzadənin 140 illiyinə həsr edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, M.Ə.Rəsulzadənin
publisistikası, məzmunlu ədəbi-bədii əsərlərinin
təbliği məqsədilə hazırlanmış metodiki
vəsaitdən kitabxanaçılar, həmçinin onun
yaradıcılığı ilə maraqlanan tələbələr,
doktorantlar və digər oxucular istifadə edə bilərlər.
Çoxsaylı kitablara və məqalələrə
əsaslanmaqla hazırlanmış vəsaitin elmi məsləhətçisi
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru
MEK-in direktoru Hüseyn Hüseynov, tərtibçiləri
MEK-in direktor müavini Şəhla Quliyeva, dosent Knyaz Aslan,
ixtisas redaktoru isə Biblioqrafiya şöbəsinin əməkdaşı
Rəna Cavadovadır.
Elm .- 2025.- 7 fevral(№5).- S.5.