Coğrafiyaçı
alim Abşeron Milli Parkının yubiley tədbirində
iştirak edib
Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri və
ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun
şöbə müdiri dosent Mirnuh İsmayılov Abşeron
Milli Parkının 20 illiyi münasibətilə keçirilən
“20 ilin dəyəri” adlı tədbirdə iştirak edib.
Abşeron Milli Parkının “20 ilin dəyəri”
adlı stendinin təqdimatında iştirak edənlər təşkil
olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə
baxış keçiriblər.
M.İsmayılov ekoloq, zooloq və
coğrafiyaçı alim-mütəxəssislərin
iştirakı ilə keçirilən tədbirdə çıxış edərək
parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi
ərazinin coğrafi xüsusiyyətləri, Azərbaycanda
olan digər parklardan fərqi, onun ölkəmiz
üçün dəyəri, barədə
danışıb. Alim Abşeron Milli Parkının çox həssas
landşafta sahib olduğunu, onun Xəzərin səviyyəsinin
qalxıb-enməsinin ən çox təsirə məruz qalan
parklarından biri olduğunu, Abşeron yarımadasında belə
bir qorunan təbiət ərazinin mövcudluğunun əhəmiyyətini
xüsusi vurğulayıb.
Tədbirin sonunda M.İsmayılov bir neçə
mütəxəssislə birgə ekoloji maarifləndirmə və
təbiəti mühafizə sahəsində tərəfdaşlığa,
Abşeron Milli Parkının fəaliyyətinə töhfə
verdiyinə görə Xatirə diplomu ilə təltif edilib.
Qeyd etmək yerinə düşər ki,
coğrafiyaçı alim Abşeronun sahilboyu
qayalıqlarının müasir vəziyyəti və
sabahı haqqında hələ 2 il əvvəl “Respublika” qəzetində
çıxış edərək etinasız münasibət
nəticəsində bu ərazilərdə tarixi-mədəni
abidələrimizin uçulub-dağılması problemini
işıqlandırıb. Məqalədə deyilir ki,
Abşeronun turizm əhəmiyyətli unikal ekosisteminin əzəli
vəziyyətində qorunub saxlanılması, dövlət
mühafizəsinə götürülməsi və təbiət
statusu alması üçün
müvafiq qurumların səyi vacibdir.
Elm .- 2025.- 14 fevral(№6).- S.11.