“Yadigar sözüm
qalacaq” kitabı işıq üzü görüb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Biblioqrafiya şöbəsinin böyük elmi
işçisi, Azərbaycan Yazıçılar Birliyinin
İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın
(Sona Xəyal) ön söz yazaraq nəşrə
hazırladığı, Hacı Həsən Qulamovun 90 illik
yubileyinə ithaf etdiyi “Yadigar sözüm qalacaq” kitabı
işıq üzü görüb.
Kitabda Bakının Maştağa kəndində
yaşayıb-yaratmış ziyalılarından biri olan
Hacı Həsən Ağaəli oğlu Qulamovun müxtəlif
illərdə müxtəlif janrlarda yazdığı
şeirləri, şair haqqında yazılmış xatirələr
və poetik nümunələr toplanmışdır.
Qeyd edək ki, yeni nəşrin redaktorları fəl.e.d.,
dosent Zəkiyyə Əbilova və Ruhəngiz Vüsətqızı,
rəyçiləri fil.e.d. Nailə Səmədova,
fil.ü.f.d. Samirə Əliyeva və Qutiyera Cəfərovadır.
Elm .- 2025.- 14 fevral(№6).- S.10.