“Qarabağın nadir
və nəsli kəsilməkdə olan növləri barədə
məlumat kitabı” işıq üzü görüb
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda
“Qarabağın nadir və nəsli kəsilməkdə olan
növləri barədə məlumat kitabı” çapdan
çıxıb.
Nəşrin elmi redaktoru Botanika İnstitutunun baş
direktoru, professor Səyyarə İbadullayeva, rəyçiləri
professor Aydın Əskərov və dosent Vüqar Kərimovdur.
Tərtibatçıları professor Səyyarə
İbadullayeva, biologiya elmləri doktoru Fatmaxanım Nəbiyeva,
biologiya üzrə fəlsəfə doktorları Nuri
Mövsümova və Nigar Mürsəl qızıdır.
Fotoşəkillər dosent Elman Yusifov və Fatmaxanım Nəbiyevaya,
xəritələrin tərtibatı isə Nərmin
Sadıqovaya aiddir.
Kitabda Qarabağda yayılan nadir və itmə təhlükəsində
olan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və
şəkil əks olunmuşdur. Qarabağ icmalarının
Böyük Qayıdışına töhfə olaraq
hazırlanan kitab yerli icmalara yaşadıqları bölgədə
yayılan bitkiləri tanıtmaq və onları qorumaq məqsədi
ilə nəşr olunub.
Qeyd edək ki, kitab "Qarabağ florasında
yabanı bioloji resursların taksonomik tərkibi və
variativliyinin saxlanması üçün etnobioloji
informasiyaların icmalara çatdırılması”
mövzusunda elmi-tədqiqat proqramına əsasən tərtib
olunub.
Botanika İnstitutunun əməkdaşlarının
Qarabağ ərazilərinə ekspedisiyaları zamanı kitab
yerli icmalara paylanılır.
Elm .- 2025.- 14 fevral(¹6).- S.10.