“Kapitan Şahid Həbibullayev”
kitabı nəşr olunub
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Biblioqrafiya şöbəsinin böyük elmi
işçisi, Azərbaycan Yazıçılar Birliyinin
İrs Komissiyasının sədri Sonaxanım
Hadıyevanın (Sona Xəyal) müəllifi olduğu “Kapitan
Şahid Həbibullayev” kitabı işıq üzü
görüb.
Kitabda məşhur kolleksioner, II qrup Qarabağ qazisi,
“Azərbaycan bayrağı” ordenli Kapitan Şahid Həbibullayevin
ömür yolu, Qarabağ müharibəsindəki şücaətləri
və mis qablar kolleksiyası haqqında məlumat verilib.
Qeyd edək ki, yeni nəşrin redaktoru və “Ön
söz”ün müəllifi Dilbər Ağayeva, rəyçiləri
tarix e.d. Tahirə Həsənzadə, fil.e.d. Raqub Kərimov və
fil.ü.f.d. Əli Məmmədbağıroğludur.
Elm .- 2025.- 14 fevral(№6).- S.10.