Azərbaycanda
aparılan arxeoloji tədqiqatlar barədə Tokioda elmi sərgi
keçirilib
Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan
və Yaponiya arxeoloqlarının əməkdaşlığı
çərçivəsində aparılan elmi tədqiqatların
nəticəsinə dair elmi tədbirlər silsiləsi
keçirilib. Tədbirlər elmi müzakirələri və
Azərbaycanın Qazax rayonunda yerləşən Damcılı
mağarasının elmi əhəmiyyətini ictimaiyyətə
tanıdan sərginin təşkilini ehtiva edib.
Bu barədə AMEA Arxeologiya və Antropologiya
İnstitutundan məlumat verilib. Bildirilib ki, Tokio Universiteti və
Universitet Muzeyinin dəvəti ilə tədbirlərdə AMEA
Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi
doktorant Ülviyyə Səfərova, Mədəniyyət
Nazirliyinin yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin tabeliyində fəaliyyət göstərən
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun
direktoru Səadət Əliyeva və “Keşikçidağ”
Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa
Mursaquliyev də iştirak ediblər.
Azərbaycandan olan ziyarətçilər Tokio
Universitet Muzeyinin, həmçinin İntermediateka muzeyinin (JP
Tower Intermediatheque / IMT) müxtəlif dövrlərə və
regionlara aid eksponatları ilə tanış olublar. Eyni
zamanda, səfər çərçivəsində tədqiqatçılar
və alimlərin iştirakı ilə keçirilən elmi
seminarda professor Yoşihiro Nişiaki Azərbaycanın qərb
bölgəsində aparılan elmi-tədqiqat işləri ilə
bağlı geniş məruzə ilə
çıxış edi.
Xatırladaq ki, 2015-ci ildə AMEA-nın Arxeologiya və
Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Tokio Universiteti arasında imzalanmış
memoranduma əsasən Yaponiya - Azərbaycan birgə beynəlxalq
arxeoloji ekspedisiyası təşkil edilib. Tədqiqatların
başlıca məqsədi - Cənubi Qafqaz regionunun Orta
Kür hövzəsində Mezolitdən Neolitə keçidin
tədqiqi ilə yanaşı, Paleolit və Mezolit
ovçu-yığıcıların sosial-iqtisadi həyatı
haqqında məlumat əldə etmək idi. 2016-2019-cu və
2022-ci illərdə baş tutmuş arxeoloji tədqiqatlara
Yaponiya tərəfdən Tokio Universitetinin professoru, Tokio
Universitet Muzeyinin direktoru Yoşihiro Nişiaki rəhbərlik
edib.
Bu qazıntılar Damcılı mağarasının
Cənubi Qafqazın nadir çoxtəbəqəli arxeoloji abidəsi
olduğunu sübut etməyə imkan yaradıb və bir
sıra elmi məsələlərin həllinə töhfə
verib.
Elm .- 2025.- 28 fevral(¹8).- S.8.