Naxçıvan
Muxtar Respublikasının 100 illiyinə həsr edilən
biblioqrafik göstərici çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanası (MEK) “Naxçıvan Muxtar Respublikası
-100” adlı biblioqrafik göstərici hazırlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstərici
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən,
AMEA Rəyasət Heyətinin Tədbirlər Planına
uyğun olaraq tərtib edilib. Vəsait muxtar respublikanın
tarixi, ədəbiyyatı, coğrafiyası, iqtisadiyyatı, kənd
təsərrüfatı və digər sahələri ilə
bağlı mənbələri özündə birləşdirir.
Biblioqrafik göstəricinin elmi məsləhətçisi
və ön sözünün müəllifi AMEA-nın
prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru MEK-in
direktoru Hüseyn Hüseynov, redaktorları Kitabxana işləri
üzrə direktor müavini Şəhla Quliyeva, Biblioqrafiya
şöbəsinin müdiri Aytən Əliyeva, tərtibçiləri
Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova,
şöbənin əməkdaşları Afət Məmmədova
və Rəna Cavadovadır.
Biblioqrafik göstərici regionşünaslar, alimlər,
mütəxəssislər və ali məktəb tələbələri
üçün nəzərdə tutulub.
Elm .- 2025.- 28 fevral(№8).- S.6.