“Qəzənfər
Paşayev - 85” kitabı nəşr olunub
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Biblioqrafiya şöbəsinin böyük elmi
işçisi, Azərbaycan Yazıçılar Birliyinin
İrs Komissiyasının sədri Sonaxanım Hadiyevanın
(Sona Xəyal) müəllifi olduğu “Qəzənfər
Paşayev - 85” kitabı işıq üzü görüb.
“Müasirlərim”
seriyasından olan bu kitabda görkəmli tədqiqatçı,
folklorşünas alim, pedaqoq fil.e.d., professor Qəzənfər
Paşayevin həyat və yaradıcılığı qismən
işıqlandırılmışdır. Burada tədqiqatçının
bəzi kitablarından söz açılmış və
haqqında yazılmış məqalələrdən istifadə
olunmuşdur.
Qeyd edək ki, yeni nəşrin redaktoru və “Ön
söz”ün müəllifi fil.ü.f.d., dosent Əli Məmmədbağıroğlu,
rəyçiləri fil.e.d., dosent Aygül Hacıyeva, mərhum
alimimiz fil.e.d., dosent Nəzakət Məmmədli və
fil.ü.f.d., dosent Lamiyə Süleymanovadır.
Elm .- 2025.- 28 fevral(¹8).- S.6.