“Elmin cazibəsi”
silsiləsindən 4-cü kitab çapdan çıxıb
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika
İnstitutunda baş direktor akademik Akif Əlizadənin layihə
rəhbəri olduğu “Elmin cazibəsi” silsiləsindən
4-cü kitab oxucuların ixtiyarına verilib.
Mətnlərin və orijinal fotoların müəllifi
Şirməmməd Nəzərli, rəyçi akademik Əkpər
Feyzullayev, redaktor y.e.f.d. Zəki Vəliyevdir.
Elmin populyarlaşdırılması məqsədilə
ərsəyə gətirilmiş 235 səhifəlik kitabda
institut kollektivinin hərtərəfli elmi fəaliyyəti əks
olunub. Nəşrdə təhsil, elmi ekspedisiya, təcrübəartırma
tədbirləri, qarşılıqlı elmi tədbirlər,
veteran geoloq alimlər haqqında oçerklər, institutdaxili
idman, incəsənət, iməciliklər barədə
maraqlı materiallar oxuculara sadə dildə, fotoların
müşayiətilə təqdim edilir. Həmçinin Elmi
şura iclasları, lektoriyalar, elmi müdafiə işləri,
yay məktəbi, təhsil sistemi, institutun yeni nəşrləri
və s. haqqında məlumatlar əksini tapıb.
Kitab elmi ictimaiyyət, eləcə də geniş oxucu
kütləsi üçün nəzərdə tutulub.
Elm .- 2025.- 28 fevral(¹8).- S.6.