Dramaturgiyamız komizm işığında

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uzun illər fəaliyyət göstərmiş, filologiya elmləri doktoru, professor Arif Səfiyevin (1934-2024) “Dramaturgiyamız komizm işığındaadlı kitabı çap edilib. Alimin 90 illik yubileyi münasibətilə hazırlanan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.

Kitabı filologiya üzrə fəlsəfə doktoru, dosent Safurə Quliyeva tərtib edərək çapa hazırlayıb. Elmi redaktoru mərhum alim professor Şirindil Alışanlıdır. Kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova Tahir Məsimovdur.

Alimin 70 illiyi münasibətilə filologiya elmləri doktoru Şamil Salmanovun yazdığıJanra sədaqət 75 illiyində filologiya elmləri doktoru Zaman Əsgərlinin yazdığıKomik gülüşün sərrafıməqalələriÖn sözəvəzinə verilib. Həmçinin tərtibçi Safurə Quliyevanınİşıqlı alim, əməlisaleh insanməqaləsi kitaba daxil edilib.

Kitaba ədəbiyyatşünas alim Arif Səfiyevin müxtəlif qəzet jurnallarda 1964-2007-ci illərdə çap edilmiş məqalələri Ədəbiyyat İnstitutu tərəfindən 1976-1984-cü illərdə hazırlanmışƏdəbi proses” kitablarında müəllifi olduğuDramaturgiyaoçerkləri daxil edilib. Toplunun sonunda Arif Səfiyevin arxivindəki gənclik illərində yazıb heç yerdə çap etdirmədiyi lirik şeirləri bir sıra şəkilləri təqdim olunub.

 

Elm .- 2025.- 31 yanvar(¹4).- S.6.