AMEA-nın müxbir üzvü Surxay Əkbərovun biblioqrafik göstəricisi

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında AMEA-nın müxbir üzvü Surxay Əkbərovun elmi fəaliyyətinin biblioqrafik göstəricisi işıq üzü görüb.

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Surxay Əkbərovun biblioqrafik göstəricisi AMEA Rəyasət Heyətinin qərarına əsasən alimin 70 illiyinə həsr olunub.

Burada 1981-2024-cü illəri əhatə edən 527 mənbə toplanılıb. Göstəriciyə alimin həyatının əsas tarixləri, ictimai elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk daxil edilib. Həmçinin S.Əkbərovun müəllifi olduğu kitabları, dövri ardı davam edən nəşrlərdə, elmi seminar konfrans materiallarında, nüfuzlu elmi jurnallarda nəşr olunmuş məqalələri daxil edilib. Alimin elmi rəhbəri məsləhətçisi olduğu dissertasiya işləri haqqında mənbələr müvafiq bölmələrdə qruplaşdırılıb.

Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi  Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, redaktorları Biblioqrafiya şöbəsinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva şöbənin əməkdaşı Mahnur Həsənovadır.

 

Elm .- 2025.- 31 yanvar(№4).- S.6.