“Məhəmməd Füzuli”
biblioqrafiyasının I cildi işıq üzü
görüb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə “Məhəmməd Füzuli: biblioqrafiya” ikicildliyinin I
cildi işıq üzü görüb.
Yeni nəşrin elmi redaktoru və “Ön
söz”ün müəllifi AMEA-nın həqiqi üzvü
akademik Teymur Kərimli, tərtibçisi institutun Biblioqrafiya
şöbəsinin müdiri Qutiyera Cəfərovadır.
“Məhəmməd Füzuli” biblioqrafiyası dahi Azərbaycan
şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530 illik yubileyinə həsr edilmiş fundamental
biblioqrafik göstəricidir. 2 cilddən ibarət olan bu
biblioqrafiyada görkəmli şairin zəngin irsi haqqında
materiallar öz əksini tapmışdır. Biblioqrafik
göstəricinin I cildinə “Görkəmli şəxsiyyətlər
Füzuli haqqında”, “Məhəmməd Füzulinin əsərləri”
və “Məhəmməd Füzulinin həyat və
yaradıcılığı haqqında” başlıqlı
bölmələr daxil edilmişdir. Biblioqrafiya ədəbiyyatşünas
alimlər, mütəxəssislər və geniş oxucu
auditoriyası üçün nəzərdə
tutulmuşdur.
Qeyd edək ki, kitabı hazırlayan işçi qrupu
Əlyazmalar İnstitutunun əməkdaşları - biblioqraf
Nigar İbrahimova, baş biblioqraf İsmət Cəfərov,
kiçik elmi işçilər Ramidə Abbasova və Sevinc
Muxtarova, baş mütəxəssis Xəyalə
Qasımlı və laborant Aytən Musayevadır.
Biblioqrafiyanın kompüter dizaynı baş mütəxəssis
Vüqar Hacıyev və baş biblioqraf İsmət Cəfərova
məxsusdur.
Elm .- 2025.- 17 yanvar(¹2).- S.6.