“Şəmsəddin Saminin
“Qamusul-elam” əsərində təbrizli müəlliflər”
kitabı çapdan çıxıb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi
şöbəsinin müdiri fil.ü.f.d. Rəna İskəndərlinin
müəllifi olduğu “Şəmsəddin Saminin “Qamusul-elam”
əsərində təbrizli müəlliflər” kitabı
işıq üzü görüb.
Kitabda yer alan geniş “Ön söz”ün müəllifi
də Rəna İskəndərlidir.
Əsər Tənzimat dövrünün
tanınmış türk müəllifi, dilçi-alim Şəmsəddin
Saminin (1850-1904) “Qamusul-elam” lüğətində qeyd edilən
təbrizli müəlliflərə həsr olunub. Qeyd etmək
vacibdir ki, kitab Azərbaycan ədəbiyyatı tarixinin
inkişaf mərhələlərinin öyrənilməsində
yararlı ola bilər. Belə ki, burada müxtəlif mənbə
və ədəbiyyatdan istifadə olunaraq orta əsrlərdə
Təbriz şəhərində yaşayıb-yaratmış
görkəmli ədib və şairlər haqqında məlumat
təqdim edilib.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru
fil.ü.f.d. Elnurə Babayeva, rəyçisi Rüxsarə Məmmədovadır.
Elm .- 2025.- 17 yanvar(¹2).- S.6.