“Rza Zaki Lətifbəyov.
Seçilmiş əsərləri” kitabı işıq
üzü görüb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin
elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Xanımbacı Məlikzadənin (Xanım
Mehdixanlı) transfoneliterasiya edərək nəşrə
hazırladığı “Rza Zaki Lətifbəyov.
Seçilmiş əsərləri” kitabı işıq
üzü görüb. X.Məlikzadə tərtib etdiyi kitaba
geniş ön söz yazaraq, lüğət əlavə edib.
Kitabda XX əsrin əvvəllərində
yaşamış pedaqoq, yazıçı, dramaturq Rza Zəki
Lətifbəyovun ötən əsrin əvvəllərində
əski əlifba ilə çap olunmuş və indiyə qədər
latın əlifbasına çevrilməmiş “Zavallı
Cavad”, “Nakam qız”, “Oxuyun, qızlarım”, “Bədbəxt gəlin”,
“Haqq yerini tapar”, “Sultan Əbdülhəmidin xəli” və “Mənzumeyi-hicran”
adlı əsərləri yer alıb.
Qeyd edək ki, yeni nəşrin baş məsləhətçisi
akademik Teymur Kərimli, elmi redaktoru fil.ü.f.d. Samirə
Əliyeva, rəyçisi fil.ü.f.d. Sevinc Bayramova, redaktoru
Vüsalə Nuriyevadır.
Elm .- 2025.- 17 yanvar(¹2).- S.6.