Şərq və Qərb sivilizasiyalarının
dialoqu ibn Ərəbi İrsinin işığında
Misirdə keçirilən beynəlxalq konfransında
görkəmli şərqşünas alim Aida
İmanquliyevanın elmi yaradıcılığının
Şərq-Qərb elmi-mədəni əlaqələrinin tədqiqində
yeni mərhələ açdığı bir daha
vurğulandı
Bu gün insan
idrakının qarşısında duran əsas məsələ
sivilizasiyanın inkişafı ilə onun ruhu hesab edilən mədəniyyətin
inkişafı arasında bir uyğunluq yarada bilmək,
onların inkişaf istiqamətini ümumi bir trayektoriyaya gətirə
bilməkdən ibarətdir. Ümumdünya mədəniyyətinin
inkişaf dinamikası onu göstərir ki, sivilizasiyanın
yeni həyati formalar, yeni dəyərlər yarada bilmək
imkanı bu günkü texnogen səciyyəli sivilizasiyanı
yaradan Qərb mədəniyyəti ilə Şərqin ənənəvi
mədəniyyətinin sintezindədir.
Mədəniyyətlərin
qarşılıqlı əlaqələri dərin ziddiyyətli
prosesdir. Çağdaş dünyamızın üzləşdiyi
bir çox siyasi, iqtisadi, sosial, ekoloji problemlər, xüsusilə
Qərb və Şərq mədəniyyətlərinin
qarşılıqlı təsirinin yeni həyati mənalar
doğurmasını, sivilizasiyaların yeni inkişaf mərhələsinin
mədəni təməlinin formalaşmasını şərtləndirir.
Bu səbəbdəndir ki, artıq həm Qərb, həm də
bir sıra Şərq ölkələrinin aparıcı elm mərkəzlərində,
cəmiyyətlərində bu mövzular ciddi müzakirə
predmeti olur və XXI əsr insanını düşündürən
bir sıra problemlərin həlli beynəlxalq simpozium və
konfranslarda araşdırılır. Misirdə keçirilən
beynəlxalq konfrans da bu amala xidmət edirdi.
İlk növbədə
qeyd edək ki, Muhyiddin İbn Ərəbi bəşəriyyətin
düşüncə tarixində intellektual zirvəni fəth
etmiş dahilərdən biri kimi qəbul edilir. Onun əsərlərində
ortaya qoyduğu dərin təfəkkür tərzi həm
Şərq, həm də Qərb mütəfəkkirlərinə
öz dərin təsirini göstərərək, yeni istiqamətlərin
yaranmasına səbəb olmuşdur. Təsadüfı
deyildir ki, son illərdə bu səpkidə müqayisəli tədqiqatlar
aparılmaqda və konfranslar keçirilməkdədir. Məhz
bu istiqamətdə yeni elmi beynəlxalq konfrans Misir Ərəb
Respublikasının paytaxtı Qahirədə 13-16 dekabr tarixləri
arasında Misir Mədəniyyət Nazirliyi, əl-Əzhər
Universiteti, Oksford Universitetinin İbn Ərəbi Cəmiyyəti
və Misirdəki İspaniya, səfırliyi tərəfindən
təşkil olunmuşdu. Dünyanın dörd bir tərəfindən
məşhur mütəxəssislərin dəvət edildiyi
konfransda İbn Ərəbinin təfəkkür sistemi
bütün yönləri ilə təhlil olunmuş və
müxtəlif mövzularla bağlı "beyin
fırtınası" adlandıracağımız bir şəraitdə
ciddi müzakirələr aparılmışdır. Konfransda
Misır Mədəniyyət Nazirliyinin dəvəti ilə Azərbaycan
tərəfındən görkəmli şərqşünas-alim
Aida İmanquliyeva irsinin və təsəvvüf fəlsəfəsinin
tədqiqatçısı f.e.n. Afaq Əsədova iştivak
etmişdir.
F.e.n. Afaq Əsədovanın
"Müasir rasional elmin böhranı və İbn Ərəbi
təlimi" adlı məruzəsi konfrans
iştirakçıları tərəfindən çox
böyük maraqla qarşılanmışdır. F.e.n. A.Əsədova
məruzəsində rasional elmin Qərb fəlsəfəsindəki
yeri və əhəmiyyətinə dair ciddi təhlillər
aparmışdır. Tədqiqatçı rasional elmin səbəb
olduğu krizə dair ciddi tənqidlər yönəldən
M.Haydigger, V.Hayzenberq və digər məşhur filosofların
mövzu ilə bağlı görüşlərinə məruzəsində
geniş yer verərək müqayisəli şəkildə
bunların İbn Ərəbi düşüncəsi ilə bənzər
və fərqli cəhətlərini ortaya qoymuşdur. F.e.n.
Afaq Əsədovaya görə, İbn Ərəbinin təfəkkür
sistemində obyektivliyin meyarı həqiqətin meyarı
deyildir. Həqiqət daha geniş, daha əhatəli bir
anlayışdır. Olmuş və olacaqların, görünən
və görünməyənlərin
ölçüsüdür.
Müzakirələrdə,
həmçinin, hər il dünyanın aparıcı elm mərkəzlərində
keçirilən İbn Ərəbi Simpoziumunun 2009-cu ilin
oktyabr ayında Bakıda keçirilməsi və Azərbaycan
ictimai fikir tarixində Qərb-Şərq elmi-mədəni əlaqələrini
bir nəzəri problem kimi qoymuş, əsaslı və
sistemli şəkildə tədqiq və təhlil etmiş, XX əsrin
görkəmli şərqşünaslarından biri, tədqiqatçı
alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
olunması bu ilin sentyabr ayında Londonda Oksford Universitetinin
İbn Ərəbi Cəmiyyətinin dəvəti ilə
keçirilmiş görüşdə aparılan
danışıqlara müvafıq olaraq bir daha
vurğulanmışdır.
Şərq-Qərb
elmi-mədəni əlaqələrinin tədqiqində yeni mərhələ
açmış görkəmli Azərbaycan alimi Aida İmanquliyevanın
anadan olmasının 70 illiyinə həsr ediləcək
simpoziumun əsas istiqamətləri haqqında yeni təkliflərlə
çıxış edən f.e.n. Afaq Əsədova bir daha
bildirmişdir ki, böyük istedadın, yüksək fəhmin,
gərgin tədqiqatçı əməyinin bəhrəsi
olan, elmi dəyəri heç zaman solmayacaq elmi-tədqiqat əsərlərində
ingilis romantikləri və amerikan transsendentalistlərinin, həmçinin
rus ədəbiyyatı tənqidi realizm ənənələrinin
yeni dövr ərəb ədəbiyyatında
qarşılıqlı təsir və resepsiyasını, ərəb
məhcər ədəbiyyatının spesifikasını tədqiq
edən Aida İmanquliyeva öz elmi
yaradıcılığı ilə Qərb-Şərq mədəniyyətlərini,
ümumiyyətlə, dünyada mövcud olan fəlsəfı,
ədəbi, ictimai-siyasi fıkir sistemlərini, ideya
axınlarını, onların mənşə və mahiyyətini,
tətbiq səviyyələrini çox dərindən
bildiyini göstərmişdir. Xüsusilə
çağdaş dünyamızın üzləşdiyi bir
çox siyasi, iqtisadi, sosial, ekoloji problemlər Aida
İmanquliyeva kimi idrak sahiblərinin yaradıcılıq və
fəaliyyətlərinin nə qədər aktual və
böyük əhəmiyyətə malik olduğunu bir daha
diqtə edir. Məhz bu səbəbdən simpoziumun Bakıda keçirilməsi
ərəb ədəbiyyatının müasir mərhələdə
mövcud ənənələrə əsaslanaraq tədqiqi
baxımından böyük əhəmiyyət
daşıyacaqdır. F.e.n. A.Əsədova qeyd etmişdir ki,
görkəmli şərqşünasın "Ərəb ədəbiyyatı
korifeyləri" əsərinin ingilis dilinə tərcüməsi
isə müasir ingilis cəmiyyətində bu ədəbiyyata
daha böyük maraq oyadacaqdır. Danışıqlarda iştirak
edən İbn Ərəbi
Cəmiyyətinin nümayəndələri görkəmli
şərqşünas alimin adı çəkilən
kitabının ingilis dilinə tərcüməsi ilə
bağlı qarşılıqlı olaraq işlər
görüldüyünü və Bakıda keçiriləcək
simpoziuma qədər əsərin ABŞ-da da çap
olunmasını məqsədəuyğun hesab etdilər.
F.e.n. A.Əsədova onu
da qeyd etmişdir ki, uzun müddət Sovetlər Birliyinin tərkibində
olan Azərbaycanda məlum ideoloji səbəblərə
görə İslam fəlsəfəsi və təsəvvüf
öz kökündən uzaqlaşdırılaraq birtərəfli
qaydada öyrənilmişdir. Hətta bəzi hallarda bu tədqiqatlar
ateist təbliğatı xarakterində olmuşdur. Bu
baxımdan İbn Ərəbi irsinin Azərbaycan dilinə tərcüməsi,
bu irsin Azərbaycan ədəbi-fəlsəfı fikir tarixinin
nümayəndələrinin əsərləri ilə əlaqəli
şəkildə öyrənilməsi ümumilikdə Azərbaycan
elmi-fəlsəfi fikrində İslama və təsəvvüfə
olan baxışların öz həqiqi mahiyyətinə
qayıdışında mühüm bir addım olardı.
İbn Ərəbi öz dərinliyi və məfkurəsi ilə
seçilən o mütəfəkkirlərdəndir ki, onun əsərlərində
dilə gətirdiyi fəlsəfi-meta-fizik düşüncələr
bu gün də intellektual mənada öz
aktuallığını qorumaqda və yüksək səviyyəli
fəlsəfı-mistik baxış tərzlərinin
yaranmasına səbəb olmaqdadır. İbn Ərəbi və
Azərbaycan klassik fəlsəfəsi, ədəbi məktəbinin
nümayəndələri eyni mənbələrdən
qidalandıqlarına görə ədəbi-fəlsəfi əlaqələr
baxımından onların yaradıcılıqları
haqqında bir çox istiqamətdə elmi əsərlər
işlənə bilər.
Konfrans zamanı
dünyaca məşhur mütəxəssislər tərəfindən
İbn Ərəbinin düşüncəsi haqqında
çox maraqlı məruzələr edilmiş və
"Şərq və Qərbin kəsişməsi"
mövzusuna dair ciddi təhlillər aparılmışdır.
Abdu'l-Həmid Məzkur çox maraqlı bir faktla
çıxış edərək bildirmişdir ki, İbn Ərəbi
"əl-Futuhatu'l-Məkkiyyə" ("Məkkə fətihləri")
əsərini həm Məkkədə, həm də Suriyada
(Şam şəhərində) qələmə
almışdır. Şam şəhərində yazılan
nüsxə daha yığcam və bəzi şərh mahiyyətində
əlavələrlə Məkkədə yazılan nüsxədən
fərqlənir. Digər görkəmli ibn Ərəbi mütəxəssisi,
əslən fransalı müsəlman olan Denis Grilin (Davud)
çıxışı da çox böyük rəğbətlə
qarşılanmışdır. Ona görə İbn Ərəbinin
əsərlərində müasir dil fəlsəfəsi sahəsində
aparılan tədqiqatlara dair əhəmiyyətli mövzulara
rast gəlmək olar. Belə ki İbn Ərəbi də hər
elm sahəsinin öz dili və terminologiyası olduğunu əsərlərində
ifadə edərək "meta-fizik-ilahi dilin" yalnız onu
qəbul edə biləcək və anlayacaq qəlblərə
sahib olan insanlar tərəfındən başa
düşüləcəyini vurğulamışdır. Məhz
bu sahə müasir dil fəlsəfəsində "Din
dili" (religious language) olaraq bilinməkdə və incələnməkdədir.
Oksfordlu alim Cecilia
Tvinç də ibn Ərəbinin 8-ci əsrdə
yaşamış Zun'n-Nun əl-Misriyə dair
yazdığı "əl-Kəvkabu'1-Durri" ("Parlaq
ulduz") əsəri haqqında maraqlı təhlillər
apararaq İbn Ərəbinin onun insan-i kamil və insanın
özünə dair biliyi (self-knowledge) təlimini yüksək
qiymətləndirdiyini öz məruzəsində
vurğulamışdır. Suriyalı məşhur İbn Ərəbi
mütəxəssisi Ələddin əl-Bəkrinin də məruzəsi
çox böyük marağa səbəb olmuşdur. O, vəhdətü'1-vücud
(oneness of being) təliminin həm etimoloji, həm də ontoloji
mənasını təsəvvüf tarixi çərçəvəsində
tədqiq edərək İbn Ərəbinin görüşlərini
də bu kontekstdə dəyərləndirmişdir.
Konfrans zamanı f.e.n.
Afaq Əsədova hal-hazırda "İbn Ərəbi" sənədli
filminin çəkilişləri üzərində işləyən
əslən tunisli olan fransız vətəndaşı Məhəmməd
Nasir Xamir ilə filmlə bağlı maraqlı müzakirələr
aparmışdır. Nəticədə "İbn Ərəbi"
sənədli fılminin rejissoru gələcəkdə bu
fılmin davamı olaraq İbn Ərəbinin azərbaycanlı
mütəfəkkirlərə təsirinə dair sənədli
film çəkilişi üzərində işləyəcəyinə
söz vermişdir. Bunlardan Azərbaycan ədəbi-fəlsəfı
fıkrinin görkəmli nümayəndələrini - Fəzlullah
Nəimini, Nəsimini və digər onlarla şair-mütəfəkkirləri
qeyd etmək olar.
Qeyd olunması vacib olan
məqamlardan biri də odur ki, İbn Ərəbi Qahirədə
olarkən hörmət bəslədiyi bəzi sufilərin qəbirlərini
ziyarət etmişdir. Konfrans iştirakçıları da
İbn Ərəbini yad edərək Ömər ibn əl-Farıd,
Zun'n-Nun əl-Misri, Atauliah əi-İsgəndəri və digər
məşhur misirli sufilərin məqbərələrini ziyarət
etmiş və ruhlarına dualar oxumuşlar.
Sonda konfrans Misir Mədəniyyət
Nazirliyinin təşkil etdiyi Şərq və Qərb
musiqisinin sintezindən ibarət konsertlə başa
çatmışdır.
Elm.- 2008.- 29 dekabr.- S. 7.