Türkiyədə Beynəlxalq Füzuli Simpoziumu keçirilib

 

Türkiyənin Ankara şəhərində Çankaya bələdiyyəsi və Hüseyn Qazi Vəqfinin birlikdə təşkil etdikləri üç gün davam edən Beynəlxalq Füzuli Simpoziumunun işində bu ölkənin elm adamları ilə yanaşı, Azərbaycan, Rusiya, İran, Bolqarıstan, Özbəkistan, Suriya, İraq və başqa ölkələrdən dəvət olunmuş füzulişünaslar da iştirak etmişlər.

Ölkəmizi simpoziumda Naxçıvandakı İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin başçılığı ilə 9 nəfərdən ibarət elmi heyət təmsil etmişdir.

Bakı Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Folklor İnstitutunun və Naxçıvandakı İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarınm təmsil olunduğu heyət simpoziumun işində fəal iştirak etməklə yanaşı, Ankara şəhərinin görməli yerləri ilə, tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.

 

 

Türkanə BƏYLƏRLİ

 

Elm.-2009.-15 iyul.-S.16.