Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin
40 illiyi qeyd edildi
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) ulu öndər
Heydər Əliyevin ölkəyə rəhbərliyinin 40
illiyi münasibətilə dəyirmi masa keçirildi.
Tədbiri giriş
sözü ilə institutun direktoru, fəl.e.d. İ.Məmmədzadə
açaraq görkəmli ictimai xadim, müasir Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin
xalqımızın taleyində müstəsna rol
oynadığını, onu müstəqilliyə
qovuşdurduğunu, mütərəqqi tarixi ənənə əsasında
milli dövlətçilik konsepsiyasını irəli
sürdüyünü, respublikaya rəhbərliyi
dövründə milli inkişaf yolunu elmi əsaslarla müəyyənləşdirdiyini,
Azərbaycanın ağır günlərində onu fəlakətdən
xilas etmək üçün misilsiz fədakarlıq göstərdiyini
bildirdi.
Dəyirmi masada
iştirak edən institutun aparıcı alimləri - h.e.d.
B.Zahidov, fəl.e.d. R.Əzimova, fəl.e.d. E.Zamanova, fəl.e.d.,
Ə.Tağıyev, fəl.e.d. A.Mustafayev, h.e.d. İ.Vəliyev
və başqaları Azərbaycan xalqının müstəqillik
qazanması və tarixi dövlətçilik ənənələrinin
qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin
misilsiz xidmətlər göstərdiyini, dövlət siyasətini
həyata keçirərkən milli ideologiyanın vacibliyinə
yüksək önəm verdiyini qeyd etdilər.
Çıxışlarda bildirildi ki, ümummilli lider ölkəni
təhdid edən vətəndaş müharibəsinin, qardaş
qırğınının qarşısını aldı.
Xilas yolunu xalqın milli birliyində, vətəndaş həmrəyliyinə
nail olmaqda gördü və bu istiqamətdə uğurlu tədbirlər
həyata keçirdi. Çıxış edənlər
bütün bu ağır məqamlarda ulu öndərin
xalqın gücünə arxalandığını, millətin
ona sonsuz inamına bel bağladığını xüsusi
vurğuladılar.
Dəyirmi masa
iştirakçıları ümummilli lider Heydər Əliyev
tərəfindən əsası qoyulmuş və bu gün
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf
strategiyasının öz bəhrələrini verdiyini qeyd
etdilər.
S.G.ƏLİYEVA
Elm.-2009.-15 iyul.-S.4.