Azərbaycan-Belarus elmi əlaqələri uğurla
inkişaf edir
Bu günlərdə
Belarus Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfıri cənab Nikqiay
Paskeviçdən Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun və birinci
vitse-prezident, akademik Arif Həşimovun ünvanına məktub
daxil olmuşdur. Məktublarda 11-13 noyabr 2008-ci il tarixində
ölkəmizdə elmi səfərdə olmuş Belarus Milli
Elmlər Akademiyasının (BMEA) nümayəndələri
Birləşmiş İnformatika Problemləri İnstitutu
(BİPİ) direktorunun müavini, texnika elmləri doktoru
S.V.Medvedyev və BMEA Milli İnformasiya Resursları və
Texnologiyaları Mərkəzinin şöbə müdiri
Y.VKostyukeviçə yüksək təşkilatçılıq
şəraitində göstərilmiş səmimi münasibətə
görə AMEA Rəyasət Heyətinin, Fizika İnstitutunun
rəhbərliyinə, AMEA Fizika İnstitutunun laboratoriya rəhbəri,
professor Tofiq Məmmədova və AMEA Xarici əlaqələr
şöbəsinin rəisi Mustafa Bağırova və
bütün kollektivə təşəkkür bildirilir.
Məktublarda xüsusilə
13 noyabr 2008-ci tarixində AMEA Fizika İnstitutunda AMEA-nın
elmi-tədqiqat İnstitutlarının və Belarusdan gəlmiş
qonaqların iştirakı ilə keçirilmiş və hər
iki ölkədə informasiya-kommunikasiya
texnologiyalarının perspektivinə və ikitərəfli
elmi əlaqələrin yeni keyfiyyət mərhələsinə
keçməsinə istiqamətlənmiş elmi seminarın təşkilinə
görə də minnətdarlıq ifadə olunur. Səfirlik
öz növbəsində Azərbaycan MEA ilə Belarus MEA
arasında daha sıx elmi-texniki əlaqələrin
qurulmasında istənilən köməkliyi göstərməyə
hazır olduğunu bildirir.
Məlumat
üçün qeyd edək ki, AMEA-nın Fizika İnstitutunda
keçirilmiş və Belarusun Azərbaycandakı səfırinin
birinci katibi Kirill Kamtşevin, AMEA İnformasiya
Texnologiyaları və Kibernetika İnstitutlarının alim və
mütəxəssislərinin iştirak etdiyi elmi seminarda
Belarus nümayəndə heyətinin "SKİF"
superkompyuter texnologiyaları və qrid-texnologiyalarının
yaradılması və inkişaf perspektivləri mövzusuna həsr
olunmuş elmi məruzələri dinlənilmişdir
AMEA-nın birinci
vitse-prezidenti, institutun direktoru, akademik Arif Həşimov ilk
növbədə qonaqları salamlayaraq, hər iki dövlət
arasında müxtəlif sahələrdə, o cümlədən
elmi sahədə ikitərəfli münasibətlərin
davamlı inkişafının əhəmiyyətindən
söhbət açmışdır. Alim Azərbaycan və
Belarus Milli Elmlər akademiyaları arasında elmi-texniki sahədə
mövcud olan əməkdaşlıq əlaqələrinin
uğurla inkişaf etdiyini qeyd edərək, bu münasibətlərin
daha da genişlənəcəyinə əminliyini ifadə
etmişdir.
Sonra t.e.d. S.Medvedyev
"İttifaq dövlətlərinin iştirakçı
dövlətlərində multiprosessorlu hesablama sistemləri
bazasında elmi tutumlu kompyuter texnologiyalarının
inkişafı və tətbiqi" elmi-texniki
proqramının həyata keçirilməsi çərçivəsində
görülən işlərdən, SKİF proqramının
başlıca məqsədlərindən, institutun
qarşısına qoyulan konkret vəzifələrdən
danışmış, Belarus dövləti ilə digər
dövlətlərin elmi qurumlarının şəbəkələri
vasitəsilə informasiya mübadiləsinin aparılması
üçün yüksək sürətli əlaqə xətlərinin
idarə edilməsi qovşağının layihələndirilməsi
və yaradılması məsələlərinə
toxunmuşdur. S.Medvedyev, həmçinin, Belarusda
qrid-infrastrukturunun yaradılması istiqamətində
görülən işlər haqqında da məlumat
vermişdir. Alim BMEA BİPİ-də "Kollektiv istifadə
üçün Respublika Superkompyuter Mərkəzi"nin
yaradıldığını bildirərək, azərbaycanlı
həmkarlarını bu mərkəzlə tanış etmək
üçün Belarus MEA-ya dəvət etmişdir.
Elm və texnikanın
son nailiyyətlərinin nümayiş olunduğu
"Bakutel-2008" 14-cü Azərbaycan Beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən
danışan Y.Kostyukeviç Azərbaycanda ənənəvi
xarakter daşıyan sərginin yüksək səviyyədə
təşkil olunduğunu, ölkədə İKT sahəsində
nəzərəçarpacaq nailiyyətlərin əldə
olunduğunu bildirmişdir.
Mürəkkəb
hesablamalar və böyük həcmli yaddaş tələb edən
məlumatları daha sürətlə emal edib istifadəçilərə
çatdırmaq üçün yüksək hesablama məhsuldarlığına
və böyük yaddaşa malik olan, məhsuldarlığı
saniyədə on milyardlardan trilyonadək əməliyyatlarla
ölçülən superkompyuterlərin əhəmiyyəti
və zəruriliyindən danışan natiq superkompyuter mərkəzlərinin
yaradılmasının əsas funksiyası və inkişaf
tendensiyasından söhbət açmışdır. O, həmçinin,
Belarus MEA-nın BASNET elmi-informasiya şəbəkəsinin
inkişaf mərhələləri və üstünlükləri
haqqında danışmışdır.
Sonda Azərbaycan
MEA-nın Fizika İnstitutu ilə Belarus MEA-nın Birləşmiş
İnformatika Problemləri İnstitutu arasında əməkdaşlıq
haqqında Niyyət Protokolu imzalanmışdır.
Elm.- 2008.- 28 noyabr.- S.16.