Qubada 16 mindən çox insan qətlə yetirilib
Mart qurbanları Qubada da anıldı
Dünən Parlament Jurnalistlər Birliyinin (PJB) təşəbbüsü
və təşkilatçılığı
ilə Azərbaycanda fəaliyyət göstərən
bir qrup xarici və yerli KİV nümayəndələri
31 Mart - Azərbaycanlıların soyqırımı günü
münasibətilə Qubadakı
soyqırım məzarlığını
ziyarət ediblər.
Qeyd edək ki, dünən
Quba məzarlığına
bu rayonun icra başçısı
Rauf Həbibov, deputat Vahid Əhmədov,
Quba ictimaiyyəti və paytaxtdan gedən bir çox şəxslər
də baş çəkiblər. Daha sonra
31 Mart soyqırım qurbanlarının
anma mərasimi Quba şəhərindəki
Soyqırım abidəsi
önündə davam
etdirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf
Həbibov bildirib ki, 1918-ci il
mart-aprel aylarında ermənilərin Azərbaycan
xalqına qarşı
apardığı soyqırım
aktı Qubadan da yan keçməyib.
Onun sözlərinə
görə, erməni
daşnakları təkcə
bu rayonda ümumilikdə 16 min dinc əhalini vəhşicəsinə
qətlə yetirib,
122 kənd və 26 məktəb yandırılıb.
"XIX əsrdə Azərbaycan Gülüstan
və Türkmənçay
müqavilələri ilə
Rusiya və İran arasında bölünüb. Məhz həmin
vaxtlardan Qarabağda yerləşdirilən ermənilər
sonradan Azərbaycan türklərinə qarşı
vəhşiliklərə başlayıblar.
"Böyük Ermənistan" yaratmaq xülyasında ruhlanan erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara
qarşı geniş açıq şəkildə
geniş miqyaslı qanlı aksiyalar həyata keçiriblər.
1918-ci ildə azərbaycanlıların soyqırımı
Bakı, Şamaxı,
Qarabağ, Zəngəzur,
Naxçıvan Lənkəran
və başqa bölgələrdə olduğu
kimi Quba qəzasında da xüsusi qəddarlıqla
həyata keçirilib".
Qubadan seçilən deputat Vahid Əhmədov isə bildirib ki, 1918-ci ildə Stepan Şaumyanın Bakı Sovetinə rəhbərliyi altında
Azərbaycanın bir sıra bölgələrində
həyata keçirilən
soyqırım hadisələri
sovet dövründə
erməni-müsəlman davası
kimi qələmə verilib. Bunun heç vaxt
soyqırım kimi nəzərə alınmadığını
deyən deputat yalnız 1998-ci ildə Azərbaycan prezidentinin fərmanı əsasında
31 mart azərbaycanlıların soyqırımı kimi qeyd edilməyə başlandığını bildirib.
V.Əhmədov qeyd edib ki, 1918-ci il soyqırımı
nəticəsində 50 mindən
artıq Azərbaycan türkü və digər millətlərin nümayəndələri qətlə
yetirilib: "Qubada məhv edilən insanların sayı bəlkə də 16 mindən çoxdur. Çünki son vaxtlar Qubada
yeni məzarlıq aşkar edilib və həmin məzarlıqda hətta uşaqların, qadınların
qətlə yetirilməsi
də müəyyən
edilib. 31 Mart Azərbaycan cəmiyyəti
üçün ən
ağır günlərdən
biridir. Biz bu ağır günü qeyd etməklə bir daha Azərbayacan xalqının qəti düşməni olan erməni qəsbkarlarının
Azərbaycana qarşı
torpaq iddiasında olduğunu həmişə
yadda saxlamalıyıq".
Mərasimdə çıxış edənlər
dünya ictimaiyyətini
azərbaycanlıların soyqırımını
tanımağa çağırıblar.
Aqil
ASLAN
Ekspress.-
2010.- 1 aprel.- S. 5.