“Almandilli ədəbiyyatın Nobel mükafatçıları”

 

Kitabxanada Nobel mükafatı almış 7 almandilli yazıcı haqqında ədəbiyyat və plakat sərgisinin açılışı olub.

 

M.F.Axundov adına Milli Kitabxanada “Almandilli ədəbiyyatın Nobel mükafatçıları – 1945-ci ildən sonra” adlı ədəbiyyat və plakat sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, Almaniyanın Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi sərgidə Nobel mükafatı almış 7 almandilli yazıçı haqqında geniş məlumat verilmiş plakatlar, onların şəkilləri və əsərləri nümayiş etdirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Almaniya səfirliyi ilə Milli Kitabxananın əməkdaşlığından söz açıb.

Almaniyanın Azərbaycandakı səfiri Per Stankina İsa Milli Kitabxana ilə faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Səfir Nobel mükafatı almış almandilli yazıçıların 50-yə yaxın kitabını Milli Kitabxanaya hədiyyə edib.

Tədbirin sonunda Azərbaycan və rus dilində 100-ə yaxın ədəbiyyatın sərgisinə baxış keçirilib.

 

 

Ekspress.- 2010.- 9 aprel.- S. 10.