II Beynəlxalq Uşaq Rəsm festivalı başa çatdı
"Mən rəssamam"
adlı II Bakı Beynəlxalq Uşaq Rəsm Festivalı aprelin 14-də başa çatıb.
Gənclər və İdman Nazirliyinin Mədəniyyət və
Turizm Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin "Uşaq ili" çərçivəsində
birgə təşkil
etdiyi II Bakı Beynəlxalq Uşaq Rəsm müsabiqəsinə
ölkəmizlə yanaşı
dünyanın 17 ölkəsinin
- Belarus, Rusiya, Qazaxıstan,
Qırğızıstan, İndoneziya,
Rumıniya, Latviya, Litva, Misir, Malayziya,
Moldova, Gürcüstan, Bəhreyn, Türkiyə,
Bolqarıstan, Yunanıstan
və Əlcəzairin
istedadlı uşaqları
iştirak edib. Müsabiqəyə 2500-dən çox rəsm göndərilib.
Müsabiqə qalibləri tanınan
rəssam və sənətşünaslardan, uşaqlarla
işləyən dövlət
orqanları və içtimai birliklərin nümayəndələri və
müstəqil ekspertlərdən
ibarət münsiflər
heyəti tərəfindən
seçilib. Münsiflər heyətinin qərarı ilə 42 nəfər qalib seçilib. Onlardan 22 nəfər 3 yaş qrupunda rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət,
20 nəfər isə
xüsusi və həvəsləndirici mükafatlar
alıb. 11-14 yaş
qrupunda rəngkarlıq
nominasiyası üzrə
1-ci yerə Heydər Əlibəyli, 8-10 yaş
qrupunda həvəsləndirici
mükafata Gülarə
Nəbiyeva, 5-7 yaş
qrupunda həvəsləndirici
mükafata Eylin Barri və Neman
Baratoğlu layiq görülüb. Qaliblərə diplom, qiymətli hədiyyələr, onların
müəllimlərinə isə
xüsusi təşəkkürnamələr
təqdim olunub.
Müsabiqəyə təqdim olunan ən maraqlı işlərdən
ibarət kataloq dərc olunacaq.
AYXAN
Ekspress.- 2010.- 15 aprel.- S. 14.