"Sənətin Məcnunu”: Səttar Bəhlulzadə haqqında kitab çap edilib

 

Dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadə haqqında kilab çap edilib. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin Səttar Bəhlulzadəyə həsr etdiyi kitab: "Sənətin Məcnunuadlanır

 

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Quliyevanın verdiyi məlumata görə, rəssamın həyat yolunu yaradıcılığını əks etdirən kitabın təqdimat mərasimi aprelin 16-da İncəsənət Muzeyində olacaq. Təqdimat mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva Ədalət Vəliyev, nazirlik aparatının rəhbəri Firudin Qurbanov, Milli Məclisin deputatları Nizami Cəfərov, Elmira Axundova, Qənirə Paşayeva, Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Milli Elmlər Akademiyası Memarlıq İncəsənət İnstitutunun direktoru Ərtəkin Salamzadə, Dövlət Rəssamlar Akademiyasının rektoru Ömər Eldarov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov Azərbaycanın digər görkəmli mədəniyyət incəsənət xadimlərinin, ziyalıların iştirakı gözlənilir. Çıxışlar arasında bədii qiraət ustaları tərəfindən Məhəmməd Füzulinin qəzəllərindən nümunələr oxunacaq, xanəndələr Gülay Qədirova Ehtiram Hüseynov müşayiətçilər Sahib Paşazadə (tar), Toğrul Əsədullayevlə (kamança) birgə konsert nömrələri ilə çıxış edəcəklər.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 15 aprel.- S. 14.