Uydurulmuş
tarix
Tarixi dəlillər "erməni
soyqırımı"nı təkzib edir
Təhcirin
(köçürülmə) şərtlərindən biri də
köçürülən şəxslərin əmlak toxunulmazlığı
idi. Bu tələbi təmin etmək üçün
"Emval-i Metrüke Komisyonu" (Tərk Edilmiş Mallar
Komissiyası) quruldu.
Ermənilərin
malları siyahıya alınaraq, bir nüsxəsi yerli kilsədə
qorunacaq, bir nüsxəsi yerli idarəyə veriləcək, bir
nüsxəsi də komissiyada qalacaqdı. Xarab ola bilən əşya,
var və heyvanlar açıq artırma ilə satılacaq,
parası qorunacaqdı. Qanunla bu köçürmələr
müvəqqəti olduğundan ermənilər geri
qayıdıncaya qədər həm komissiya, həm də məhəlli
idarələr onların tərk olunmuş əmlak, mal və
pullarına
görə cavabdehlik daşıyırdılar.
Sərt
qış səbəbilə 25 noyabr 1915-ci il tarixindən etibarən
köçürülmə müvəqqəti dayandırılmış,
daha sonra isə bu tədbirə birdəfəlik son verilməsi-yəni
ermənilərin köçürülməməsi qərara
alınmışdır.
I
Dünya Savaşından sonra isə köçkün ermənilərin
istədikləri halda geri dönmələri və mal-pullarını
geri almaları, daşınmaz əmlaklarına yenidən sahib
olmaları, qanunla və icraatla təmin edilmişdi. Osmanlı
dövlətlətinin ermənilərə və ermənilərin
köç zamanı qayğılarına çoxlu pul-para xərcləməsinə
baxmayaraq, bəzən kürd yaraqlılarının və
başqa quldur dəstələrin hücumuna məruz qalma səbəbindən
və ya humma (qızdırma) və tif xəstəliklərinin
yayılması sonucunda ölənlər də olmuşdu.
Köçlər əsnasında qanun pozuntusuna yol vermiş vəzifəli
şəxslər cəzalandırılmışlar.
Köçlərlə
bağlı sui-istifadə hallarını təhqiq etmək
üçün yerlərə Şurayi Devlet Azası (üzvü)
İsmayıl Hakkı Bəyin rəhbərliyi ilə komissiya
heyəti göndərilmişdi. Köçürülmə ermənilərin
hamısına aid deyildi. Xəstə və atmalar (korlar),
katolik və protestantlar; əsgər və ailələri, məmur
və tacirlər və bəzi əmələ (işçi,
fəhlə) və ustalar istisna idilər.
Ümumiyyətlə,
qondarma soyqırımın təkzibi və erməni xəyanətini
sübütu ilə bağlı Osmanlı arxivlərində yetərincə
sənəd var:
-
Qars və Ərdəhan civarında otuz min müsəlman kişinin
öldürülməsi, evlərin yandırılması, qadın
və cocuqların pərişan olması, Osmanlı ordusundakı
ermənilərin qəsdən əsir düşərək sirləri
ruslara ötürməsi; bu xüsusda ehtiyatlı davranılması...
Osmanlı əsirlərilə qaydasında davranılması
üçün İtaliya səfirliyinin nəzarəti ilə
cəhdlər edildiyi haqda Xarici İşlər Nazirliyindən
Daxili İşlər Nazirliyinə 6 mart 1915-ci il tarixli şifrəli
teleqraf;
-
Düşmən tərəfdarı xristianlar və onlarla işbirliyi
yapan müsəlmanların evlərində axtarış aparılması
və Hərb Divanına verilmələri haqda DİN-dən
4-cü Ordu komandanlığına 23 may 1915-ci il tarixli şifrəli
teleqram;
-
Sövq olunan ermənilərin yollarda qorunmaları, onlara saldıranların
cəzalandırılmaları haqda Daxili İşlər Naziri
Tələt Paşanın Ərzurum Vilayətinə göndərdiyi
14 iyun 1915-ci il tarixli, şifrəli teleqram;
-
Eyni gündə və eyni mövzuda Tələt Paşanın
Diyarbəkir, Məmurətül-əziz, Bitlis Vilayətlərinə
də göndərdiyi teleqram: "Ərzurumdan ixrac olunan ermənilərdən
beş yüz nəfərlik bir karvanın Ərzincan arasında
kürdlər tərəfindən qətl edildiyi Ərzurum Vilayətindən
isar (bəlkə də qaynaqda texniki yanlışlığıa
yol verilmişdir: burada ərəbcədən alınmış
"isar"dan daha çox, "isal" sözü yerinə
düşür ki, o da verilmə, çatdırma, yetirmə mənasını
verir; ancaq teleqramın oricinalı əski Osmanlıcada olduğu
üçün və onu ayrıca tədqiq etmədiyimizdən
qənaətimiz kəsin deyil - X.İ.) olunmuşdur." Teleqramda
Tələt Paşa tərəfindən, köçkünlərin
yollarda qorunması və s. tələb olunur;
-
Köçürülən ermənilərin durumlarının
təhqiqi ilə bağlı Tələt Paşanın Hələb
Vilayətinə göndərdiyi 17 iyun 1915 tarixli, şifrəli
teleqraf;
-
Erməni cocuqlarının yetimxanalarda yerləşdirilməsi,
bina məsələsini və cocuqların sayını müəyyənləşdirmək
üçün Maarif Nazirinin Diyarbəkir, Adana, Trabzon, Sivas, Bitlis,
Van və s. Vilayətlərə göndərdiyi 26 iyun 1915-ci il
tarixli, şifrəli teleqram;
-
Katolik ermənilərin köçürülməməsi
üçün Tələt Paşanın Ərzurum, Adana və
s. Vilayətlərə və Urfa, Canik, Maraş Mutasarrıflıqlarına
4 avqust 1915 tarixli şifrəli teleqramı;
-
Ermənilərlə birgə rumların (yunanların) da köçürüldüyü
halı ilə bağlı bilgi alındığını və
bu xüsusda təhqiqat yapılmasını və məlumat verilməsini
tələb edən teleqram. Bu şifrəli teleqram 9 avqust
1915-ci il tarixində Tələt Paşa tərəfindən Əskişəhər
Mutasarrıflığına göndərilmişdir;
-
Erməni məhbus (millət vəkili) və ailələrinin
ixrac edilməmələri üçün Tələt Paşanın
müvafiq Vilayət və Mutasarrıflıqlara göndərdiyi
15 avqust 1915 -ci il tarixli, şifrəli teleqram;
-
Protestan ermənilərin köçürülməməsi haqda
15 avqust 1915-ci ildə Tələt paşanın aidiyyatı vilayət
və Mutasarrıflıqlara göndərdiyi şifrəli teleqraf;
-Məmurətüləzizdə
erməni çətələrinin
candarmlara saldırması
və candarmalarla çatışmaları
haqda. ABŞ Məmuətüləziz konsulunun
ABŞ səfiri Henri Morqantauya göndərdiyi 23 avqust 1915 -ci
il tarixli məktub. Məktubda "erməni məsələsi"
ilə bağlı terrora qurşanmış Şedak Talumyan,
Beqos de Beqosyanın, qətl edilən candarm Məhmədin və
başqalarının adı çəkilir, durum haqda
geniş bilgi verilir (imzalayan: Lesli de Vis,
ABŞ şahbəndəri);
-
Xəstə və kor ermənilər və onların ailələrinin
köçürülməməsi haqda DİN-dən Adana Vilayətinə
göndərilmiş 15 sentyabr 1915 -ci il tarixli, şifrəli teleqraf;
-
Humma (qızdırma) və tifo (qarın yatalağı) xəstələrindən
gündə Hamada 70-80 nəfər köçkünün
ölməsi haqda xəbərlə bağlı mühacirlərin
yerlərinə daha tez çatdırılması haqda Daxili
İşlər naziri Tələt Paşanın Suriyə Vilayətinə
17 oktyabr 1915 tarixli, şifrəli teleqramı;
-
Yol məsrəfini özləri ödəyə bilən ermənilərin
Hama, Humus və Şam tərəfə getmələrinə icazə
verildiyi haqda Daxili İşlər naziri Tələt Paşanın
Hələbdə Mühacirət Müdiri Şürkü bəyə
18 oktyabr 1915 tarixli şifrəli teleqramı;
-
Erməni sövqiyyatının (köçürülmələrinin)
bundan sonra dayandırılması haqda Tələt Paşanın
Vilayət və Sancaqlara göndərdiyi 27 oktyabr 1915-ci il tarixli
şifrəli teleqramı;
-
Urfadan Rakkaya göndərilən erməni köçü
üzərindəki konvoyda uyğunsuz davranışlara yol verən
bəzi Osmanlı candarmlarının Hərb Divanına (Hərbi
Məhkəməyə) verilmələrinə dair Tələt
Paşanın Urfa Sancağına ünvanladığı 6 noyabr
1915-ci il tarixli, şifrəli teleqramı;
-
Köçürülmələr dayansa da, ermənilərdən
çətələr yaradan, təxribat törədən və
hökumətdən qaçaq olan quldurlara sığınacaq
verənlərin də köçürülməsi hallarının
davam etməsi bəzi sənədlərdən görünür.
Məsələn:
Konyadakı
fitnə-fəsadçı və çətəçi ermənilərin
Zor yaşayış məntəqəsinə sövq edilmələri
haqda DİN tərəfindən 10 iyul 1916-cı il tarixlində
Konya Vilayətinə göndərilmiş şifrəli teleqram;
21
May 1917-ci il tarixli Geyvə Qayməqamlığı İzmit Sancağına
yollanmış məruzə. Məruzə Geyvə Qaimi Məqamı
Vəkili Candarm Bölük Komandanı Yüzbaşı Hüseyin
Səbri tərəfindən hazırlanmışdır;
-Növbəti,
çox mühüm bəlgə isə Ermənilərin geri dönmələrinə
icazə verildiyi haqdadır. "Savaş səbəbilə başqa
yerlərə nəql edilən Rum (yunan) və Ermənilərin
iaşə və yerləşmələrinin təmin edilərək
əminlik içində geri dönmələrinə müsaidə
edildiyinə dair DİN-dən bəzi Vilayət və hərbi
briqadalara şifrəli teleqraf", 22 oktyabr 1918-ci il; Daxiliyyə
Nazirliyi Aşayır (Köçəri Qəbilələr) və
Mühacirlər Müdiriyyəti Ümumiyyəsi;
-
Erməni və rumların geri dönüşlərinin asanlaşdırılması
və ehtiyatclarının sağlanması (burada: təmini - X.İ.)
haqda DİN Köçəri Qəbilələr və Mühacirlər
Müdiriyyəti Ümumiyyəsi tərəfindən Vilayət
və hərbi briqadalara göndərilən 5 noyabr 1918-ci il tarixli,
şifrəli məktub;
-
Köçürülmə zamanı suç işləyənlərin
hərbi məhkəməyə verilməsi haqda Osmanlı Məclisinin
qərarı (14 dekabr 1918-ci il);
-
Suç işləyərək Yunanıstana və b. ölkələrə
qaçmış rumların yenidən Osmanlı ölkəsinə
qayıtmasının qadağan edilməsi haqda DİN-dən XİN-nə
3 yanvar 1919-cu il tarixli təzkirə və buna bənzər, ermənilərin
və hətta müsəlman, qeyri-müsəlman, olmasına baxmayaraq
fərarilik və b. suç səbəbindən mühacir olan
şəxslərin İxtilaf Dövlətlərinə aid nəqliyyat
vasitələrilə yenidən Osmanlı məmləkətinə
dönməyinə icazə verilməməsi də bəlgələrdə
ifadə olunmuşdur.
-
Sənədlərdən bəziləri də ermənilərə
münasibətdə humanitar tədbirlər və dövlət
nəzarəti haqqındadır. "Erməni cocuqları haqqında
yapılan muamele" sahibsiz erməni qız və oğlanları
haqda məlumatlar: onların harada yaşaması, kilsəyəmi,
qohumlarınamı və ya kiməsə təslim edilməsi, bəzilərinin
hansısa maaşa evdə çalışması və s. haqda
bilgilər də sənədləşdirilmişdir, arxivlərdə
saxlanılır;
-
Rum və ermənilərə yapılan yardımlar; Geri dönən
rum və ermənilərin mallarının qaytarılması haqda
və bənzər tədbirlər barədə Osmanlı arxivlərində
istənilən sayda bəlgə saxlanılır;
-
Köçürülməyə məruz qalmış erməni
və rumların bəzi vergilərdən müəyyən zaman
kəsiyində azad edilməsi haqda sənəd (19 mart 1919-cu il,
Daxiliyyə Naziri Camal paşa);
-
Daxili İşlər Nazirliyi Ümumi Əmniyyət Müdirliyinin
Kaysəri Sancağına göndərdiyi 31 yanvar 1919-cu il tarixli
şifrəli teleqram isə "ERMƏNİLƏRİN TOPLUCA
YER DƏYİŞDİRMƏLƏRİNƏ MEYDAN VERİLMƏMƏSİ"
haqda xəbərdarlıqdır.
Osmanlı
arxivlərindəki sənədlərdən göründüyü
kimi, Osmanlı dövləti erməni köçürmələrini
bəlli bir qanun çərçivəsində və mümkün
nəzarətlə həyata keçirmiş, problem ötüşən
dövrdən sonra ermənilərin geri qayıtmalarına həm
icazə vermiş, həm də hüquqi-maddi-mənəvi zəmin
yaratmışdır. Bundan başqa, köçürülmə
əsnasında ədalətsizliyə yol verən vəzifəli
şəxslər, jandarmlar və başqaları dövlət
tərəfindən cəzalandırılmışlar.
Maraqlıdır
ki, Osmanlı dövlətinin köçürülmə əsnasında
baş vermiş qanunsuzluqların araşdırılması və
suçların müəyyən edilməsi məqsədi ilə
yaratdığı komissiyaya bir neçə Avropa ölkəsinin
(Hollandiya, Danimarka, İspaniya, İsveç və s.) hərəyə
2 hüquqşünas olmaqla üzv göndərməsi xahişinə
rədd cavabı verilib. İngilislər hətta hərbi senzuranın
köməyi ilə Türk tərəfinin bu xahişinin
teleqram vasitəsilə göndərilməsinə mane olmaq belə
istəmiş, ancaq gecikmişdilər. Bundan sonra İngiltərə
adi çəkilən ölkələrin hökumətlərinə
Türkiyəyə nümayəndə göndərməmək
haqda xahişlə müraciət etmişdi
Xaqani İsmayıl
Ekspress.- 2010.- 24-26 aprel.- S. 11.