"Sabantuy" bayramı Bakıda qeyd edildi

 

Azərbaycanda yaşayan tatar icması milli bayramları olan "Sabantuy"u qeyd edib. APA-nın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Tatarıstan prezidenti Rüstəm Minnixanovun tədbir iştirakçılarına və qonaqlara ünvanlanmış müraciətini oxuyub.

Müraciətdə "Sabantuy"un tatar xalqı üçün əhəmiyyətindən bəhs edilib və Bakıda bu bayramın keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlıq ifadə olunub.

Doroxin Azərbaycanda müxtəlif millətlərin birgə yaşaması, millətlərin öz mədəni ənənələrini qoruması və inkişaf etdirməsi üçün lazımi şəraitin yaradıldığını deyib.

"Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyətinin sədri Gülcan Məsoutova isə bayramın keçirilməsinə verilən dəstəyə görə Nizami rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

 

Ekspress.- 2010.- 10 avqust.- S. 3.