İordaniyada Azərbaycan Mədəniyyət Günləri

 

İordaniya şahzadəsi Haşim İbn Əl Hüseyn İordaniyada səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib.

   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya açıqlamasında bildirilib ki, İordaniya kralının qardaşı olan Haşim İbn Əl Hüseyn kral ölkədə olmadığına görə onun səlahiyyətlərini icra edir.

   Görüşdə İordaniyanın mədəniyyət naziri də iştirak edib.

   Şahzadə çıxışında İordaniyada təntənəli açılışı keçiriləcək Azərbaycan mədəniyyət günlərinin dost xalqlarının yaxınlaşmasına şərait yaradacağına və bu cür tədbirlərin gələcəkdə daha intensiv keçirilməsinə ümid etdiyini deyib.

   Ə.Qarayev qəbul zamanı Azərbaycan prezidenti İlham Əliyevin İordaniya kralına ünvanladığı məktubu təqdim edib. Məlumata görə, məktubda kral Azərbaycana rəsmi səfərə dəvət olunub.

   İ.Hümbətov onu da bildirib ki, dünən axşam İordaniyanın Kral Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı olub.

   Mədəniyyət Günləri çərçivəsində Əmman Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto kitab sərgiləri təşkil ediləcək. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti İordaniyada səfərdədir.

 

Ekspress.-2010.- 1 dekabr.- S. 23.