Balaca rəssamlarımız Daşkənddən
qızıl medalla qayıtdılar
Özbəkistanın
Daşkənd şəhərində "Nəsillərin harmonik inkişafı" dövlət
proqramı çərçivəsində "Daşkəndin
sevinci" adlı Beynəlxalq Uşaq Festivalı keçirilib.
Layihənin keçirilməsində məqsəd istedadlı
gənclərin digər ölkələrdə yaşayan həmyaşıdları ilə əlaqələrin
qurulmasına şərait yaratmaq, müxtəlif
mədəniyyətlərin əlaqələrini inkişaf etdirməkdir. Dünyanın 41
ölkəsindən 5 yaşdan 15 yaşa qədər rəssamın
qatıldığı festivala 3,5 min şəkil təqdim olunub.
Azərbaycan müsabiqəyə 100-dən çox
əsər təqdim edib. Azərbaycanlı
rəssamlar -13 yaşlı A.Abbasov "Qədim
daşlar" və 12 yaşlı T.Rasimov "Mənim vətənim"
adlı əsərlərinə görə qızıl medala layiq
görülüblər.
Müsabiqənin "Qran-Pri"
mükafatına isə yaponiyalı Arai Hiromi "Özbəkistan
üzərindən uçuş" adlı əsərinə
görə layiq görülüb.
AYXAN
Ekspress.- 2010.- 9 dekabr.- S. 14.