Yeni kinomərkəz yaradıldı
"Nova Gorica" artıq bir film də çəkib
Azərbaycanda "Nova Gorica" adlı yeni kino mərkəzi yaradılıb. Bu barədə mərkəzin təsisçisi
və direktoru Tahir Əliyev məlumat verib. Onun sözlərinə görə, mərkəzin
yaradılmasında məqsəd
gənc rejissorların
yaradıcılıq imkanlarının
reallaşdırılması üçün geniş meydan verməkdir: "Azərbaycanda istedadlı rejissorlar, ssenaristlər kifayət qədərdir. Ancaq onların öz potensiallarından istifadə
imkanları təəssüf
ki, məhduddur. Kino mərkəzi isə belə istedadlara bu imkanı yaradacaq".
Kino mərkəzinin adına
gəlincə, Tahir Əliyev bunu, Sloveniyanın eyniadlı şəhərilə əlaqələndirdi:
"Nova Gorica şəhəri
mənə çox doğmadır. Bir müddət öncə
"Təxəllüsü Mixaylo" adlı sənədli filmim məhz həmin şəhərdə mükafata
layiq görüldü.
Bu adı da
mən həmin şəhərin şərəfinə,
bir növ həmin şəhərə
minnətdarlıq əlaməti
olaraq verdim".
Qeyd edək ki, kino
mərkəzin ilk məhsulunun
istehsalına - İlham
Tumasın "Sərçələrin
payı" ssenarisi əsasında eynadlı bədii qısametrajlı
filmin çəkilişlərinə
artıq başlanılıb.
"Nova Gorica" ilə
Aran-Qərb bölgəsi
və Yevlaxın
regional telekanalı "El" televiziyasının birgə
layihəsi olan "Sərçələrin payı"nın rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmov, prodüseri
İqbal Məmmədəliyev,
icraçı prodüseri
isə Arzu Abdullayevadır. Film yataqxana şəraitində
acınacaqlı həyat
sürən, həm təhsildə, həm də işində hüquqları tapdalanan bir tələbə jurnalistin həyatından bəhs edir. Hansı ki, hər kəs
onun haqqını yediyi üçün, o da əlacsızlıqdan sərçələrin payını
yeyir.
Əsas rolda ixtisasca jurnalist olan, həm də bir neçə televiziya tamaşalarında
oynamış Ruslan Zeynalov çəkilib.
Tragikomediya janrında olan
filmin çəkilişləri
Yevlax və Mingəçevir şəhərində
reallaşıb.
"Nova Gorica" kino mərkəzilə yanaşı, eyni adda www.novafilm.az saytı da yaradılır. Tahir Əliyev saytın fəaliyyətinin
Azərbaycan kinematoqrafiyasının
təbliğinə yönəlik
olacağını bildirib:
"Gənc yazarların
ssenariləri, jurnalist
məqalələri, kino
xəbərləri, bir
sözlə, kinosevrələrin
maraq dairəsini əhatə edəcək yeniliklərlə zənginləşəcək
saytımız. Sayt üç
dildə -azərbaycan,
rus və ingilis dillərində fəaliyyət göstərəcək".
Hazırda saytın hazırlığı
üzərində son işlər
görülür və
yanvar ayının ilk
günlərindən etibarən
"www.novafilm.az" saytı geniş auditoriyaya təqdim ediləcək.
Ayxan
Ekspress.-2010.-11-13 dekabr.-
S.20.