"Çox gözəl şəhəriniz var"

 

Jerar Depardye Bakıdadır

 

Məşhur fransız kinoaktyoru Jerar Depardye Azərbaycana gəlib. Bakıya öz şəxsi təyyarəsində gələn aktyor ölkəmizə səfər proqramına Fəxri Xiyabana gedərək Heydər Əliyev Zərifə Əliyevanın məzarlarını ziyarət etməklə başlayıb.

   Qonağa Fəxri Xiyabanda dəfn olunmuş mədəniyyət incəsənət xadimləri haqqında məlumat verilib.

   Daha sonra o, Şəhidlər Xiyabanını ziyarət edib.

   Fransalı qonağı mədəniyyət turizm naziri Əbülfəs Qarayev qəbul edib. Depardyeni Azərbaycanda görməyindən məmnunluq duyduğunu dilə gətirən nazir ona Azərbaycanın film sektoru haqda məlumat verib Fransa ilə bu sahədə birgə əməkdaşlıq etmək niyyətini açıqlayıb.

   Aktyor görüş zamanı Azərbaycanda olmağından məmnunluq duyduğunu dilə gətirib. "Çox gözəl şəhəriniz var. Bu səhər Fəxri Xiyabanı Şəhidlər Xiyabanını ziyarət etdim, Qız qalasını Milli Parkı gəzdim. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr olduqca diqqətimi çəkdi. Eləcə burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçirdikləri məni sevindirir".

   Görüş zamanı Jerar Depardyenin Azərbaycanda filmə çəkiləcəyi məlum olub. Aktyor filmdə fransız yazıçı Aleksandr Dümanın obrazını canlandıracaq: "Mən bu cür filmin çəkilməsini çox istəyirəm. Sözsüz ki, bu filmdə Dümanı özüm oynamaq istəyirəm. Aleksandr Dümanın Azərbaycana gəlişi, buradakı işləri ilə bağlı olduqca maraq doğuracaq faktlar var. Mən qayıtdıqdan sonra bununla bağlı əlimdə olan bütün sənədləri bir daha gözdən keçirəcəyəm".

   Nazir Əbülfəs Qarayev isə Depardyeyə Aleksandr Dümanın Xurşudbanu Natəvanla dost olduqları barədə məlumat verib filmdə bu hissələrin yer alacağını deyib.

   J.Depardye isə bununla bağlı məlumatlandırılmasından şad olduğunu deyib bu filmdə tərəf müqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasını istəyib: "Əlbəttə ki, bu obrazda azərbaycanlı aktrisanın çəkilməsi daha yaxşı olar. Yəqin ki, belə olacaq".

   Əbülfəs Qarayev qeyd edib ki, Aleksandr Dümanın Azərbaycana səfərinin əks olunacağı filmin 2-3 il müddətinə çəkilməsi nəzərdə tutulub. Bu müddət ərzində Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq fransalı aktyora göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcək.

   Görüş Fransa səfirliyinin, Mədəniyyət Turizm Nazirliyinin jurnalistlərin iştirakı ilə keçib. Görüşdə jurnalistlərin Depardyeyə ünvanladığı sualları aktyora çatdıran tərcüməçi onun Ermənistan səfəri ilə bağlı sualı əvvəlcədən gəlinmiş razılaşmaya əsasən tərcümə etməyəcəyini bildirib.

   Qeyd edək ki, aktyorun Azərbaycana səfəri dekabrın 16-na kimi davam edəcək. Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra Depardye Qəbələyə gedəcək.

   "Ermənistanda olduğum zaman onlara belə bir təklif etdim ki, Ermənistan paytaxtında kinostudiya yaradaq. Bu ölkədə, ümumiyyətlə, kino sahəsi yoxdur. Düşünürəm ki, bunu etməklə orada isə etmək olar. Eyni zamanda, bununla erməniləri necəsə birləşdirmək olar. Çünki onlar hər yerə dağılıblar öz köklərinə qayıtmaları üçün orada xüsusi bir studiyanın yaradılması vacibdir", -bu açıqlamanı isə fransalı aktyor jurnalistlərə özü verib.

   Aktyor bildirib ki, onun Rusiyaya, Qazaxıstana səfərlərinin məqsədi kino sahəsində layihələr həyata keçirmək olub: "Qazaxıstanda da onların öz köklərinə qayıtmaları üçün bir film çəkdik. Rusiyada baş nazir Vladimir Putinlə görüşdüm. Orada da bildirdim ki, Dostoyevski kimi çox tanınmış bir yazıçının əsərini işləmək bunu təqdim etmək lazımdır. Dünyanın hər bir yerində internet artıq televiziyanı o qədər keçib ki, hamı internetə üstünlük verir. İnsanları televiziyaya cəlb etmək üçün maraqlı layihələr işlənməlidir".

 

   Aktyor Azərbaycana 15 il bundan əvvəl Heydər Əliyev tərəfindən dəvət olunduğunu bu dəvəti çoxluğundan həyata keçirə bilmədiyini deyib: "Əslində, mən Azərbaycana Heydər Əliyevin dəvəti ilə 15 il öncə gəlməliydim. Bir filmdə oynadığım rol onun çox xoşuna gəlmişdi həmin vaxt o məni dəvət etmişdi. Ancaq təəssüflər ki, həmin vaxt ağır qrafikim olduğu üçün bu səfəri həyata keçirə bilmədim. Mən öz afişamı imzalayıb Heydər Əliyevə göndərmişdim. Bu yaxınlarda isə belə bir imkan yarandı mən gəlmək fikrinə düşdüm. Öyrəndim ki, burada film studiyalarının yenidən xüsusi avadanlıqla təchiz olunması prosesi gedir Azərbaycana səfər etmək qərarına gəldim".

   J.Depardye Azərbaycan haqqında çox məlumatlı olmadığını qeyd edib: "Mən Azərbaycanı o qədər yaxşı tanımıram. Sadəcə, oxuduqlarıma əsasən məlumatlıyam. Əgər Aleksandr Düma kimi dahi bir insanı Azərbaycan cəlb etmişdisə, bu artıq o deməkdir ki, ölkə çox zəngin bir mədəniyyətə malikdir".

   Qeyd edək ki, J.Depardye dünən Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində teatr səhnəsində nümayiş olunan J.Bizenin "Karmen" operasından əvvəl səhnəyə çıxaraq Prosper Merimenin "Karmen" novellasından parçalar ifa edib.

   Xatırladaq ki, Jerar Depardye sentyabrın 4-də "Karot" beynəlxalq festivalı çərçivəsində İrəvanda olub, qondarma "erməni soyqırımı" abidəsini ziyarət edib. Bu səfərindən qısa müddət keçdikdən sonra fransız aktyor ümumerməni "Hayastan" fonduna maliyyə yardımı etməyə hazır olduğunu bildirib. Onun bu bəyanatı "YouTube" videoportalında yerləşdirilib.

     

İltifat

 

Ekspress.- 2010.- 14 dekabr.- S. 23.