Rostropoviç festivalı açıldı
Dünən
M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli
açılış mərasimi keçirilib.
Festival çərçivəsində ilk konsert Heydər
Əliyevin xatirəsinə həsr olunub.
Tədbiri mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev
və festivalın bədii rəhbəri, Rostropoviç
Fondunun prezidenti Olqa Rostropoviç
açıb.
Natiqlər tədbirin əhəmiyyətindən,
onun artıq ənənəvi olaraq keçirilməsindən
danışıblar və
bildiriblər ki, festivalın M.Rostropoviçin
dostu Heydər
Əliyevin xatirə günündə açılması heç də
təsadüfi deyil: "Bununla biz bu iki dahi şəxsiyyətin
xatirəsini birlikdə yad etmək
qərarına gəlmişik".
Gecədə Azərbaycan Dövlət Uşaq-Gənclər
Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərləri səsləndirilib.
Ayxan
Ekspress.- 2010.- 14
dekabr.- S. 23.