Türkdilli xalqların musiqi alətləri
Bakıda Beynəlxalq
Simpozium başladı
Dünən
Muzey Mərkəzində "Türkdilli xalqların musiqi
alətləri" mövzusunda beynəlxalq
simpoziumun açılışı olub.
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi,
TÜRKSOY və Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin birgə təşkilatçılığı
ilə keçirilən
tədbiri açan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qeyd edib ki,
simpozium türkdilli xalqların musiqi alətlərinin ümumi və fərqli əlamətlərinin müəyyənləşdirilməsi,
musiqi alətlərinin
texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması,
bəstəkarlıq yaradıcılığında
ənənəvi musiqi
alətləri, türk
xalqlarının musiqi
alətlərinin kolleksiyalarının
müəyyən edilməsi,
yeni yanaşmalar və qiymətləndirmələr,
yox olmuş alətlərin bərpası,
mühafizəsi, pedaqogika
və ifaçılıq
məsələlərinin müzakirə
olunması məqsədilə
keçirilir: "Türk
xalqları hər zaman çox böyük və qədim mədəniyyətə
malik olub. Tarixin heç bir dövründə
türk xalqları kiminsə mədəniyyətini
mənimsəməyib, çünki malik olduğumuz mədəniyyət
bütün dünyanı heyrətə
salır. Ancaq tarix boyu türk
xalqlarının mədəniyyəti daim
başqaları tərəfindən mənimsənilib,
özününküləşdirilib".
TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə Azərbaycana bu tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təşəkkürünü bildirib.
Açılışda Məcnun Kərimovun rəhbərlik
etdiyi Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansmablının çıxışı
maraqla qarşılanıb. Daha sonra simpozium
plenar və bölmə iclasları ilə davam etdrilib.
Dekabrın 17-dək davam edəcək simpoziuma
TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda, Amerika, Avropa və Asiyanın bir sıra alim və filosofları qatılıb.
AYXAN
Ekspress.- 2010.- 17
dekabr.- S.23.