Kaliforniyada Azərbaycan muğamı
Azərbaycanın muğam ustaları Kaliforniyada uğurlu konsert proqramları ilə çıxış edirlər.
APA-nın məlumatına
görə, Azərbaycanın
Los-Ancelesdə Baş
Konsulluğu və
"Azerbaijan İnternational"
jurnalının dəstəyi
ilə San Dieqo və Los-Ancelesdə
Azərbaycan musiqisi gecəsi təşkil olunub. Milli Konservatoriyanın
rektoru Səyavuş Kəriminin rəhbərliyi
ilə azərbaycanlı
muğam ustaları zəngin musiqi proqramı ilə çıxış ediblər.
Amerikalı tamaşaçılar
xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, həmçinin,
əməkdar artistlər
Elnur Əhmədov, Eçin Həşimov və Kamran Kərimovun çıxışlarını
alqışlarla qarşılayıblar.
Sənətçilərin ifa etdikləri "Qarabağ şikəstəsi"
sürəkli alqışlarla
qarşılanıb. San
Dieqoda təşkil olunan konsert Bakını Nəsimi rayonu ilə qardaşlıq münasibətlərinin
qurulmasına dair təşəbbüs qrupunun
üzvü Martin Kruminqin köməyi ilə həyata keçirilib. Azərbaycanlı
sənətçilərin növbəti konsert proqramı dekabrın
23-də San-Fransiskoda keçiriləcək.
Ekspress.-2010.-21 dekabr.- S.14.