Karikaturaçılarımızın
90-cı mükafatı
Seyran Cəfərli BMT-nin
"Mükəmməllik" mükafatına layiq
görülüb
Azərbaycanın
tanınmış karikaturaçı rəssamı, müxtəlif
beynəlxalq müsabiqələrin laureatı Seyran Cəfərli
növbəti - sayca 90-cı mükafatını qazanıb.
Onun "Həqiqət carçısı" əsəri
BMT-nin Ranan Lurie adına Beynəlxalq karikatura müsabiqəsində
"Mükəmməllik" mükafatına layiq
görülüb.
Qeyd edək ki, siyasi karikatura
ustası Ranan Lurienin adına təsis etdiyi bu beynəlxalq
karikatura müsabiqəsi BMT-nin təşkilatçılığı
hər ilin sonunda keçirilir. Yarışmada müxtəlif
yazıçı və rəssamların BMT-nin prinsiplərinin
təsviri, siyasi cizgi mükəmməlliyi və ən
yüksək standartı təbliğ edən əsərləri
dəyərləndirilir. Azərbaycanlı karikaturaçı
rəssamın əsəri də münsiflər heyətinin qərarı
ilə adıçəkilən mükafatı qazanıb.
Münsiflər heyətinə
Nobel mükafatı laureatı Elie Viesel sədrlik edib.
Münsiflər arasında BMT-nin Müxbir
Assosiasiyasının prezidenti Giampaolo Pioli,
Yazıçılar və Rəssamlar Cəmiyyətinin
prezidenti Hans Canitschek kimi tanınmış simalar da olub.
S.Cəfərli əsərinə
verilən bu böyük dəyərdən hədsiz qürur
duyduğunu və bundan sonra da daha əzmlə
çalışacağını bildirib.
Ekspress.- 2010.- 21 dekabr.- S.14.