Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır
Lenin Bakını
yandırmaq istəyirdi
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə
hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(Baksovetin üzvlərinin
siyahısı)
Bakı Ticarət Limanı İdarəsi
Komissar - kapitan
A.Klevtsov
Sərnişin
Daşıma Nizamlanması üzrə Komissiya
Komissiyanın sədri - Jiyenti
16 N-li körpünün
komissarı - Kostin
Dəmir
yolu körpüsü komissarı - Semyonov
Qaraşəhər
rayonu komissarı - Kusmartsev
Maliyyə komissarı
- A.V.Kireyev
Xəzinədarlıq
komissarı - Çekalov
Vergi palatası
- Kovel-Bojinskiy
Dövlət
Bankı komissarı – Erzinkyan
Bakı gömrük
komissarlığı sədri - İ.Arxipitsev
Şöbə
müdirləri - A.T.Qolovan, M.Q.Koşelyev, M.Volkoviç,
K.Poletayev
Kredit müəssisələri
komissarları
Rus xarici
ticarət bankı - N.İ.Juravlov
Rus-Asiya bankı - Q.K.Yaralov
Birləşmiş
bank - T.Q.Arutyunov
Volqa-Kamsk
bankı - A.Q.Mirzoyev
İrandakı hesab-borc bankı - M.N.Mosrepov
Qafqaz
bankı - Z.S.Xeyfets
Bakı
tacir bankı - İ.P.Qırtıxov
Azov-Don
bankı - Y.V.Petrov
Petroqrad Beynəlxalq
bankı - M.İ.Vitaşkin
Tiflis
Dvoryan-Torpaq bankı - A.S.Kolmanov
Tiflis Ticarət
bankı - M.İ.Molodkin
Rus Ticarət-Sənaye
bankı - M.U.Quskov
Ədliyyə
komissarlığı
Komissar -
Karinyan
İstintaq
komissiyası sədri - Ter-Qasparov
Fövqəladə
hərbi-istintaq komissiyası sədri - Kojemyaka
Hərbi-istintaq
komissiyası sədri - Ardişvili
Cəzaçəkmə
yerləri üzrə komissar - L.Dalin
Xalq dairə
məhkəməsi komissarı - Şaxtaxtinskiy
Müsadirə
edilmiş qiymətli əşyalar üzrə komissar -
A.İoannisyan
Xalq təsərrüfatı
komissarı - İ.F.Fioletov
Ərzaq
komissarı - Tsibulskiy
Komissar
köməkçiləri - Kaplunov, İoannisyan, Avakyan, Roxlin
Şəhər
təsərrüfatı komissarı - doktor Nərimanov
Tikinti
şöbəsi müdiri - mühəndis N.Q.Bayev
Torpaq
şöbəsi, iüdiri - N.İ.Drujinin
Maliyyə
şöbəsi müdiri - Q.M.Qriqoryan
Tibb-sanitariya şöbəsi, müdiri - doktor Slonevskiy
Su kəməri
şöbəsi, müdiri - M.S.Baqdaryan
Təsərrüfat
şöbəsi, müdiri - T.Q.Terequlov
Əmək
mühafizəsi şöbəsi, müdiri - Q.Qriqoryants
Məktəb
şöbəsi, müdiri - İ.İoanisyan
Əmək
birjası, müdiri - Forer
Konka idarəsi,
müdiri - mühəndis Boçinskiy
Himayədarlıq komissarı - N.N.Nərimanov
Köməkçisi -
A.Serebrekyan
Teatr və
tamaşa zalları üzrə komissar - Serebrekyan
Qaçqınlar üzrə iş komissiyası (məsul
olanı göstərilməyib - T.Q.)
Hərbi əsirlərin
işi üzrə komissiya - komissar Baqdasarov
Torpaq komissarı - M.H.Vəzirov
Komissarın katibi - Korqtse
Əmək komissarlığı
Komissarlar -
Y.Zevin və A.Zərgərov
Maarif komissarı
Komissar -
N.N.Kolesnikova
Mərkəzi
Tibb-sanitar şurası
Şuranın sədri -
S.İ.Slonevskiy
Üzvləri
- Doktor A.İ.Məlikaşayev, doktor M.N.Bilenkiy, doktor
İ.Q.Şpilberiz, doktor İsrafilbəyov
Şuranın katibi - V.Y.Mamikonov
Göründüyü kimi, 1919-cu ildə Bakı
İcraiyyə Komitəsinin mətbəəsində nəşr
olunmuş siyahıda məsul rəhbər işçilər
arasında Nəriman Nərimanov, Məşədi bəy Əzizbəyov
və Mirhəsən Vəzirovdan savayı
soydaşımız yoxdur. Bəs onlar -
"Hümmət"in təşkilatçıları buraya
necə düşmüşdü? Məlum olduğu
kimi, 1917-ci il iyunun 16-da "Hümmət"
üzvlərinin P.A.Caparidzenin iştirakı ilə ümumi
iclasında partiyanın yeni komitəsi
yaradılmışdı. Komitənin tərkibində
Nəriman Nərimanov (sədr), S.M.Əfəndiyev,
M.N.İsrafilbəyov, A.B.Yusifzadə, B.M.Sərdarov, H.H.Sultanov
və başqaları vardı. Müsavatçılara
düşmən mövqeyində olan yeni hümmətçilər
daşnakların və bolşeviklərin təsiri altında
idilər. Həmin illərdə nə bolşevik, nə
də "Hümmət"çi və "Ədalət"çi
sıralarında adı çəkilməyən Mir Cəfər
Bağırov 1954-cü ildə istintaq materiallarına bu şəkildə
salınmışdır: "İstintaq müəyyənləşdirib
ki, Bağırovun cinayətkar əksinqilabi fəaliyyəti hələ
1917-ci il fevral inqilabından dərhal sonra Qubada
yaşadığı illərdə başlanıb. Bağırov bu cinayətkar fəaliyyətini ciddi-cəhdlə
ört-basdır eləməyə çalışaraq,
özünü 1917-ci ilin martından partiyanın
üzvü, Qubada Sovet hakimiyyəti qurulmasında fəal
iştirakçı, 1917-1921-ci illərdə əksinqilaba
qarşı fəal mübariz kimi qələmə
vermişdir. Lakin müəyyən
edilmişdir ki, Bağırov 1917-ci ildə partiyanın
üzvü olmamışdır. Bağırovun
anket, tərcümeyi-hal və digər sənədlərində
partiya sıralarına daxil olmaq üçün ona zəmanət
verənlər kimi göstərilən N.A.Abramova,
A.A.İnozemtseva, V.S.Narçemaşvili bildirdilər ki,
Bağırov 1917-ci ildən partiyanın üzvü
olmamışdır, onlar da ona zəmanət verməmişlər.
6 N-li xüsusi şöbənin kommunist özəyinin və
1-ci atıcı diviziyanın inqilabi tribunalının
ümumi yığıncağının 1921-ci il 16 noyabr tarixli protokolunda Bağırovun dilindən
yazılıb ki, o, partiyaya Bakı şəhərində
1918-ci ilin iyununda daxil olub. Bütün digər sənədlərdə
isə partiyaya daxilolma tarixi 1917-ci ilin martı,
yeri isə Quba şəhəri göstərilir. Bu məsələ ilə bağlı sorğuya
müttəhim Bağırov bir-birilə düz gəlməyən
dolaşıq bir ifadə verib bildirdi ki, heç özüm də
bilmirəm, necə olub ki, mən sənədlərdə
1917-ci ildən partiyanın üzvü kimi qeyd
olunmuşam" (Bax, Mir Cəfər Bağırovun məhkəməsi.
Bakı. "Yazıçı"
nəşriyyatı, 1993, səh. 14-15).
Araşdırmalar göstərir ki, hələ gənclik
illərində Mir Cəfər Bağırov müstəqillik
uğrunda mübarizə aparanların mənafeyini müdafiə
edənlərin yanında olmuşdur. O yaxşı dərk
edirdi ki, Bakı Soveti İcraiyyə Komitəsi bilavasitə
rus bolşeviklərinin və daşnakların əlində
oyuncaqdır. Rusiya Sosial-Demokrat Fəhlə
Partiyasının Komitəsi ilə "Daşnaksutyun"
arasında işbirliyi vardı. 1905-ci ilə Bakıda
türk-erməni qırğınını "proletar
inqilabı", Mirzə Ələkbər Sabiri "proletar
şairi" kimi qiymətləndirənlər 1918-ci il
martın 20-də Novruz bayramı axşamı bolşeviklərin
və daşnakların törətdiyi soyqırımı
"müsavatçıların qiyamı" kimi tarixə
sırıyırdılar.
Daşnakların qənimi Mir Cəfər Bağırova
1954-cü ildə məhkəmə quranların
davamçıları 1982-ci ildə yazırdılar:
"Martın 29-da Bakı limanından Lənkəran əksinqilabçılarına
köməyə gedən "Dikaya diviziya" hissələri
oraya göndərilən Qırmızı
qvardiyaçılara atəş açdı. Bakı
Sovetinin tələbi ilə "Dikaya diviziya" əsgərləri
tərksilah edildi. Martın 30-da müsavatçılarla
Bakı Soveti arasında "Dikaya diviziya"nın
silahlarını qaytarmaq haqqında danışıqlar
başlandı. Danışıqlar zamanı
müsavatçılar Şamaxı (indiki C.Cabbarlı) və
Tatarski (indiki Krupskaya) küçələrində sovet
qoşun hissələrinə atəş açdılar.
Azərbaycanda vətəndaş müharibəsi
başlandı. Müsavat qiyamının
yatırılmasına rəhbərlik etmək
üçün martın 30-dan 31-nə keçən gecə
(köhnə təqvimlə martın 20-dən 21-nə - T.Q.)
N.Nərimanov, S.Şaumyan, P.Caparidze və
başqalarından ibarət İnqilabi Müdafiə Komitəsi
yaradıldı. Sovet qoşlunları
martın 31-də (21-də - T.Q.) qəti hücuma
keçdi". (Bax: Azərbaycan Sovet Ensiklopediyası, VI
cild, Bakı, 1982, səh. 375)
Arxiv materialları göstərir ki, 1918-ci ildə Azərbaycanda
vətəndaş müharibəsi deyil, azərbaycanlılara
qarşı soyqırım başlanmışdır. Azərbaycan
türklərinin soyqırımına başda Şaumyan və
Caparidze olmaqla Bakı Sovetinin Nəriman Nərimanov və Məşədi
bəy Əzizbəyovdan savayı, bütün əməkdaşları,
ilk növbədə daşnaklardan A.Arakelyan, A.Ter-Karapetyan,
M.Yolçuyan, S.Tumanyants, X.Qriqryants, T.Korqanov, S.Markaryan,
T.Arutyunov, İ.Fioletov və başqaları bilavasitə
iştirak etmişlər. Məsələn,
Arsen Əmiryan və Qriqori Korqanov "İsmaliyyə"
binasının yandırılması əməliyyatına
başçılıq etmişlər. Azərbaycanı
Azərbaycan türklərindən təmizləmək kimi
çirkin planın həyata keçirilməsində
Rusiyanın Qafqaz işləri üzrə fövqəladə
komissarı S.Şaumyanın dayağı kimlər idi? Lenin və "Daşnaksutyun" partiyasının
liderləri.
1918-ci ilin Novruz bayramı axşamı Rusiya Xalq
Komissarları Sovetinin sədri V.İ.Leninin göstərişi
ilə Saritsindən Bakıya göndərilən 2 hərbi təyyarə
Bakının azərbaycanlılar yaşayan məhəllələrini
havadan bombaladılar. Dənizə yaxın
Abşeron kəndləri isə toplardan atəşə
tutuldu. Rusiya bolşeviklərinin rəhbəri
Zaqafqaziyanı S.Şaumyana, Bakı neftini S.M.Ter-Qabrielyana həvalə
etmişdi. Qafqaz daşnaklara, Bakı nefti
ruslara məxsus olmalıydı. Lenin,
Şaumyan və Qabrielyan hətta lazım gələrsə,
Bakı ərazisini tamamilə yandırmağı qərara
almışdılar.
Azərbaycan
Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində bu günlərdə
Azərbaycanın
unudulmaz xalq yazıçısı və salnaməçisi
Qılman İlkin "Bakı və bakılılar"
kitabında ("Nurlar" nəşriyyatı, 2006, səh.
3690-364) yazırdı: "Krasnovodskdan Sovetlər
üçün göndərilən silahlar, hərbi sursat əslində
daşnakların sərəncamına keçirdi. Bu silahların çox hissəsi Mantaşovun
zavodunda və Parapet yanındakı erməni kilsəsinin zirzəmisində
gizlədilirdi. Martın 19-da daşnaklar
Suraxanıda, Əmircanda və Bülbülədə zirehli
avtomobillərin köməyi ilə əhalinin qanını
axıtdı. Yaradılmış inqilabi müdafiə
komitəsinin təkribində Şaumyanla yanaşı,
"Daşnaksutyun" partiyasının Bakı təşkilatının
lideri S.Məlik-Yolçuyan, Bakıda sağ eserlərin lideri
S.Saakyan da daxil idi. Şaumyan 1918-ci il
aprelin 13-də mart hadisələrindən bəhs edərkən
yazırdı ki, "6 min sovet və 3-4 min daşnak milli hissələri
Bakıda müsavatçıların təşkil etdikləri
qiyamı yatırmışdır". Əslində
Bakıda müsavatçıların heç bir qiyamı
olmamışdı. Bu, Şaumyanın
qızıl qvardiya dəstələrinin erməni hərbi
hissələri ilə birlikdə fitnəkarlığa
qarşı azərbaycanılalırın
cıxışı idi. Bakı xalq komissarları
sovetində ədliyyə naziri işləmiş Artaşes
Karinyan sonralar ""Bakı kommunası" və
"Daşnaksutyun"" sərlövhəli məqaləsində
yazırdı: "Bakı sovet ordusu milli hissələrinin
komanda heyəti inqilabın qarşısında duran vəzifələrə
və kommunist partiyasına yabançı idi. Daşnak Avetisova,
Hamazaspa, Bek-Zurabova oruya komandanlıq etmək həvalə
olunmuşdu"..."
Teyyub
Qurban
Ekspress.-2010.-
25-27 dekabr.- S. 13.