Milli mətbəximiz və
musiqimiz "Folklorama"
festivalında
Kiyev Şəhər Dövlət Administrasiyasının
təşkilatçılığı və təşəbbüsü
ilə Ukrayna paytaxtında fəaliyyət
göstərən etnik
cəmiyyətlərin folklor
nümunələrinin, milli
mətbəx və musiqilərinin növbəti
ənənəvi nümayişi
-"Folklorama" festivalı
keçirilib.
Ukrayna Azərbaycanlıları
Konqresindən "Lent.az"a
verilən məlumata görə, administrasiyanın
sütunlu zalında keçirilən tədbiri
Kiyev Şəhər Dövlət Administrasiyası
sədrinin müavini
Leonid Novoxatko açaraq
festival iştirakçılarını salamlayıb, paytaxtın mədəni həyatında
fəallıq göstərən
etnik cəmiyyətlərin
nümayəndələrinə diplomlar təqdim edib.
Festivalda Azərbaycan icmasını Ukrayna Azərbaycanlıları Konqresinin
"Azərbaycan" ansamblı,
Ukraynanın xalq artisti Qurban Abbasov, beynəlxalq müsabiqələr laureatı
Təranə Məmmədova
təmsil ediblər. Soydaşlarımızın çıxışları sürəkli alqışlarla
qarşılanıb.
Zəngin Azərbaycan mətbəxinin peşəkar
səviyyədə təqdim
olunması isə tədbir iştirakçılarının
böyük marağına
səbəb olub. Festivalda Azərbaycanın Ukraynadakı fövqəladə
və səlahiyyətli
səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Konqresinin
sədri İlqar Abbasov və Ukraynadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.
AYXAN
Ekspress.-2010.-17
dekabr.- S.14.