Böyük missiyalideri

 

"Biz təşəbbüsləri gerçəkliyə çeviririk!"

 

"Prezident Əliyev sürətlə dəyişməkdə olan dünyada Azərbaycanın gələcəyə yolunu müəyyən etməlidir. O, dünyanı Azərbaycan üçün kəşf edir, Dünya isə onun siyasəti sayəsində Azərbaycanı kəşf edir. İlham Əliyev əvvəllər təsəvvür edilə bilməyəcək imkanlarla dolu, lakin bununla bərabər, həm də əvvəllər mövcud olmayan risklər və təhlükələrlə dolu beynəlxalq məkana yol açır".

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barəsində yazılmış kitablardan biri bu sözlərlə başlayır. Gerçəkdən , Azərbaycan lideri risklərlə dolu olan bir zamanda ölkəsini gücləndirmək, beynəlxalq aləmdə söz sahibi etmək kimi missiyanı yerinə yetirir, vətən xalq naminə olan bu missiyanın üfüqlərini daha da genişləndirir.

   Prezidentimizin bir sevimli sözü var: "Biz təşəbbüsləri gerçəkliyə çeviririk!" Doğrudan da, biz indiyədək çox təşəbbüslərin, hətta baş tutacağı inandırıcı görünməyən təşəbbüslərin məhz dövlət başçısının siyasi iradəsi sayəsində reallığa çevrildiyinin dəfələrlə şahidi olmuşuq. Və məhz bu iradə sayəsində Azərbaycan yeni uğurlara imza atır, beynəlxalq aləmdə layiq olduğu yeri tutur.

   Müstəqilliyimizin möhkəmlənməsi dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, bu təməl üzərində Azərbaycanın daha da güclənməsi, milli təhlükəsizliyimizin daha da möhkəmlənməsi bu istiqamətdəki nəhəng layihələrin həyata keçirilməsi İlham Əliyevin adı ilə bağlıdır.

   Prezident müsahibələrindən birində bildirmişdi":Heydər Əliyev yeni, suveren Azərbaycanın siyasətində ilk cığır açan idi. Mənim işim daha asandır, çünki atam mənim üçün canlı nümunədir. Daha doğrusu, biz onunla vahid tamıq".

   Təbii ki, "asan" sözü ulu öndərin vətən xalq naminə gördüyü nəhəng işlər fonunda deyilmişdi. Əslində, risklərlə, təhdidlərlə dolu olan bir coğrafiyada ölkəyə rəhbərlik etmək, onun müstəqilliyini qorumaq missiyası heç də "asan" sözü ilə uyuşmur. Prezidentbunu etiraf edir":Hesab edirəm ki, mənim vəziyyətim ikiqat çətindir. İlk növbədə ona görə ki, XXI əsrin əvvəllərində həm xalq üçün, həm də ölkə üçün çox şey etmək lazımdır. İkincisi, mən Heydər Əliyevin uğurlu yolunu davam etdirməli və bu zaman yeni zirvələr fəth etməliyəm. Mən həm xalq qarşısında, həm də onun indiki şəraitdə sadəcə olaraq alternativi olmayan siyasi irsini qorumaq baxımından atamın qarşısında cavabdehəm".

   Artıq Azərbaycanın hazırda gəlib çatdığı səviyyə, artan iqtisadi potensialı, düşməndən qat-qat üstün olan hərbi gücü göz önündədir. Zamanın saatı və bölgədə gedən siyasi proseslər Azərbaycanın xeyrinə işləyir.

   Uğurlu siyasi-iqtisadi kursun nəticəsidir ki, bu gün Azərbaycan müstəqil siyasət aparır. Prezidentin dediyi kimi, "biz heç kimdən asılı deyilik, öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq".

 

   Bu gün dövlət başçımızın ad günüdür, cənab prezidentin 49 yaşı tamam olur.

 

   İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. 1982-ci ildə MDBƏİ-ni bitirən İ.Əliyev həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə tarix elmləri namizədi dərəcəsini alıb. 1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

   1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

   Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

   O, 1995-ci 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev Olimpiya hərəkatının inkişafındakı xidmətlərə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə YAP sədrinin müavini, 2005-ci ildəsə partiyanın sədri seçilib. 2001-2003-cü illlərdə AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri olan İ.Əliyev 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini seçilib. 2003-cü ilin avqustunda baş nazir olan İ.Əliyev həmin il oktyabrın 15-də keçirilən prezident seçkisində qalib gəlib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs veribo, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

   2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu AŞPA medalı ilə təltif edilib.

   2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

   Azərbaycan, rus, ingilis, fransız türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı, iki nəvəsi var.

   Prezident İlham Əliyev müxtəlif orden, mükafat fəxri adlarla təltif olunub: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), "Şərəf Legionunun Böyük Xaçı" Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonecskiy" birinci dərəcəli Ordeni, "Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni", FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni, Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.

 

   Prezident dünyanın bir sıra nüfuzlu universitetlərinin Fəxri Doktorudur.

 

   Xatırlayaq ki, yeni əsrin ilk illərində ictimai şüur üçün Heydər Əliyevin alternativi təsəvvürlərdə belə qeyri-mümkün görünürdü. Lakin bunu da xatırlayaq ki, ümummilli lider həm bu sözlərin müəllifi idi":Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli oğullarını qızlarını öz ətrafında sıx birləşdirərək Azərbaycanın inkişafı yolunda çox işlər görəcəkdir".

   Əgər XX əsr tariximizin son 30 illik səhifəsi bilavasitə ümummilli liderin adı ilə bağlıdırsa, bu dövrə "Heydər Əliyev möhürü" vurulmuşsa, XXI əsrin başa çatmaqda olan ilk 10 illiyinə ulu öndərin xəttinin layiqli davamçısı kimi prezident İlham Əliyev öz möhürünü vurmuş, alternativi olmayan siyasi rəhbər kimi onun simasında Azərbaycan ən yeni tarixinin, yeni epoxanın liderini tapmışdır.

   Prezidentin indiyədək həyata keçirdiyi nəhəng layihələri, siyasi, iqtisadi, eləcə cəmiyyət həyatındakı misilsiz uğurları sadəcə konstatasiya etməklə bir yazıya, heç bir kitaba da sığışdırmaq mümkün deyil. Xarici siyasət kursu, milli təhlükəsizliklə, neft təbii qazla bağlı strategiya, ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf, əhalinin sosial rifahının artması, yoxsulluğun azaldılması, sahibkarlığın inkişafı, milli-mənəvi dəyərlərimizə qayğı s. sahələrdə atılan addımlar Azərbaycanı regionun liderinə çevirib.

   Götürək elə bu günlərdə Milli Məclisin təsdiq etdiyi "Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında" müqaviləni. Prezident İlham Əliyevin türkiyəli həmkarı Abdulla Güllə avqustun 16-da Bakıda imzaladığı bu müqavilə regionda təhlükəsizlik təminatı baxımından fərqli situasiya yaradır, milli təhlükəsizliyimiz üçün böyük önəmə malikdir.

   Bəlli olduğu kimi, Ermənistanın qeyri-konstruktiv, vasitəçi superdövlətlərin ikili oyunlarına baxmayaraq Azərbaycan Dağlıq Qarabağ danışıqlarında prinsipial mövqeyini davam etdirir. Prezidentin mövqeyi qətidir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yeri gəlmişkən, dekabrın 23-də İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XI sammitində çıxış edən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Prezident dəfələrlə vurğulayıb ki, bölgənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş, əgər kimlərsə fikirləşirsə ki, bölgədəki mövcud problemlərin bəzilərini asanlıqla həll etmək olar, onlar çox yanlış fikirləşirlər.

   Artıq regionda Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüsün reallaşması mümkün deyil. Cənab Prezidentin dediyi kimi, "bu artıq reallıqdır və bu reallığı biz özümüz yaratmışıq".

   Bu gün dünyada ciddi dəyişikliklər davam edir, yeni prioritetlər müəyyənləşir. Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan yeni dövrün, XXI əsrin çağırışlarına cavab verməyə qadirdir.

   "Ekspress" qəzetinin kollektivi dövlət başçısını ad günü münasibətilə təbrik edir, ona cansağlığı və Azərbaycanı daha zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolunda başladığı işləri davam etdirməsində böyük uğurlar arzulayır.

  

Azad Xəlil

 

Ekspress.- 2010.- 24 dekabr.- S. 3.