“Azərbaycan kitabxanada”

 

Budapeşt kitabxanasında Azərbaycana həsr olunmuş tədbir

 

Macarıstanın Szabo Ervin adına Budapeşt  Şəhər  Kitabxanasında "Azərbaycan kitabxanada" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin  mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabxanada macar dilində nəşr edilmiş və Azərbaycanın  Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablar nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar da oxucuların marağına səbəb olub. Kitabxanada Bakı şəhərinin təsvirlərindən ibarət sərgi təşkil olunub, iki  xalq arasındakı tarixi qohumluq kökləri haqqında məlumat verilib.

Sərginin fevralın sonuna qədər davam edəcəyi nəzərdə tutulur.

 

 

Ekspress.- 2010.- 18 fevral.- S. 14.