Maddi-mədəni irsin qorunmasında daha bir addım

 

Gəncə Azərbaycanın əfsanələr, Qazax folklor, Şəki sənətkarlıq paytaxtı elan olundu

 

Dünən Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev nazirliyin elan etdiyi "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına həsr edilən mətbuat konfransı keçirib. Qeyd edək ki, proqrama əsasən bu il Gəncə şəhəri Azərbaycanın əfsanələr, Qazax folklor, Şəki isə sənətkarlıq paytaxtı elan olunub.

Tədbirdə çıxış edən nazir bildirib ki, bu, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması dəstəklənməsi istiqamətində aparılan islahatların bir hissəsidir: "Hazırda Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası qeyri-maddi mədəni abidələrin inventar pasportlaşdırılması, muğam-tur, aşıq-tur, xalça-tur, Novruz-tur beynəlxalq mədəni turizm marşrutlarının yaradılması, qeyri-maddi irs subyektlərinin informasiya bankı, sahəyə həsr olunmuş "intangible.az" ünvanlı veb-portalın yaradılması, digər konseptual proqram layihələr üzərində işlər aparılır. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği təşviqi istiqamətində aparılan islahatların davamı olaraq "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq edilib. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri digər amillər nəzərə alınmaqla təhlil edilib".

Ə.Qarayevin sözlərinə görə, bu layihə davamlı olaraq həyata keçiriləcək: "Bu layihəni başlamaqla üzv olduğumuz beynəlxalq təşkilatları, eləcə qonşu ölkələri cuşa gətirdik. Artıq bizə baxıb çoxlarının yadına bu cür layihəni həyata keçirmək düşəcək. Bu proqram davamlı olacaq ilbəil hansısa şəhərlərimiz müxtəlif cür paytaxt elan olunacaq. Ən önəmlisi odur ki, Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən layihələr beynəlxalq təşkilatların diqqət mərkəzindədir".

Mədəniyyət turizm naziri layihənin hazırlığına ötən ilin noyabrından başlandığını diqqətə çatdırıb.

Gəncə, Qazax Şəki şəhərlərində keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün Təşkilat Komitələri yaradılıb müvafiq şəhərlərin gerbləri əsasında loqopitlər hazırlanıb. Bundan başqa, Gəncə, Şəki Qazax şəhərlərində nominasiyaya uyğun olaraq il ərzində incəsənət, kinematoqrafiya, turizm, nəşriyyat, reklamın təşkili informasiya, elm təhsil digər profilli tədbirlərin, investisiya texniki proqram layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. 2010-cu il ərzində nominasiya üzrə Gəncə şəhərində milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı milli oyunlar, Qazax şəhərində xalq musiqisi, rəqsləri teatrı, Şəki şəhərində xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərinin daxil olduğu xüsusi tədbirlər planı təsdiq olunub.

Nazir, eləcə , 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına nail olunduğunu deyib. Daha sonra o, Azərbaycanın qeyri-maddi mədəni irsinin siyahısının Mədəniyyət Turizm Nazirliyində hazırlanacağını söyləyib. Onun sözlərinə görə, bu siyahıya ənənələr, musiqi, toy mərasimlərinin keçirilməsi, hətta at üstündə oyunlar daxil ediləcək. Qeyri-maddi mədəni irs siyahısının hazırlanması ilə bağlı artıq ilkin işlərə başlanılıb. Azərbaycanın adət-ənənələrini qoruyub-saxlamaq, gələcək nəsillərə çatdırmaq məqsədilə, martın 1-nə kimi qeyri-maddi irsin xüsusi dövlət reyestrinin müəyyənləşdirilməsi gözlənilir. Burada 7000-dən artıq abidənin yer alacağı gözlənilir.

Nazir milli-mədəni sərvətlərimizin ermənilər tərəfindən oğurlanması məsələsinə toxunub. "Biz öz tariximizi başqalarına təqdim edə bilmirik. Nələrə sahib olduğumuzu unuduruq, heç kəs bunun haqqında düşünmür. Yalnız bədnam qonşularımız bizdən nəyisə götürüb mənimsədikdən sonra ayılırıq. Bizə məxsus olan tarixi abidələrimizin təqdimatını etməkdən acizik. Çox təəssüf ki, bu, həqiqətdir", -deyən nazir əlavə edib ki, ermənilərin oğurluğa ehtiyacı var. O, çıxışı zamanı nazirliyin Heydər Əliyev Fondunun mədəni irsimizin, maddi qeyri-maddi tarixi abidələrimizin qorunmasında gördüyü işlərdən danışıb ictimaiyyətin bu yöndə gördüyü işlərin, fəaliyyətinin qaneedici olmadığını bildirib.

"Bəlkə mən bunu mətbuat nümayəndələrinin qarşısında söyləməkdə səhv edirəm, amma bu, faktdır. Böyük təəssüf hissi ilə etiraf edirəm ki, biz nəinki öz tarixi abidələrimizi qoruya bilirik, eyni zamanda, tariximizi düzgün təqdim etməyi bacarmırıq. Ermənilər bizdən fərqli olaraq uydurma əfsanələrlə yalançı tarixlərini yazıb dünyaya sırıyırlar. Amma biz əfsanəyə dönmüş tariximizi yazmaqda acizlik çəkirik", -deyə nazir qeyd edib.

Əbülfəs Qarayev Hacıqabul şəhərinin adı ilə bağlı əfsanənin olmamasına təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, bu şəhərin adının mənası Həccdən qayıdanların ziyarətlərinin qəbulu deməkdir: "Amma təəssüf ki, bu şəhərin yaranması haqqında əfsanə yoxdur. Əslində, şəhərin adı özü hər şeyi deyir. Ermənilər isə aparıb bir yerdə xaçlarını basdırırlar, sonra da aləmə car çəkirlər ki, 3000 il əvvəl burada ermənilər yaşayıb. Hamı da onlara inanır. Heç kim araşdırmır ki, yer üzündə 3000 il qabaq erməni adında millət olmayıb. Ermənilərin heç nəyi yoxdur. Ona görə uydurmalara ehtiyac duyurlar. Lakin maraqlıdır ki, dünyaya da, beynəlxalq təşkilatlara da bunu sübut edə bilirlər. Biz isə sahib olduqlarımızın qədrini bilmirik".

Bundan sonra teatr, konsert salonlarında televiziya kanallarının operatorlarının işi müəyyən qədər məhdudlaşdırılacaq. Əbülfəs Qarayev operatorlara yalnız ilk 5 dəqiqə ərzində istədikləri kimi çəkiliş edə biləcəklərini vurğulayıb: "5 dəqiqədən sonra isə kameralar bir kənara çəkilib stasionar şəkildə çəkiliş apara bilər. Bir görürsən tamaşanın, konsertin ən maraqlı yerində kameranın işığını tamaşaçının üzünə tuşlayırlar, ona mane olurlar. Məhz bu səbəbdən operatorlara ilk 5 dəqiqə istədikləri kimi gəzişərək müxtəlif rakursdan çəkiliş aparmaq imkanı yaradılacaq. Ancaq sonra yalnız bir rakursdan məhz tamaşanın, konsertin çəkilişini edəcəklər. İnanıram ki, buna görə aramızda problem olmaz, bir-birimizi başa düşəcəyik".

  

 

AYXAN

 

Ekspress.- 2010.- 25 fevral.- S. 10.