"O
gecə Şelli dağında anamı itirdim"
Xocalı müsibəti şahidlərin
gözü ilə
Sabah Xocalı soyqırımının
18-ci ildönümüdür. Xocalı şəhəri
1991-cı ilin oktyabrından
blokadada olub. Oktyabrın 30-dan etibarən
şəhərə gedən
bütün avtomobil yolları bağlanıb. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də enib. Fevralın ikinci yarısından başlayaraq
ermənilər hər
gün toplardan, ağır texnikadan şəhəri atəşə
tutub. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə isə Ermənistan silahlı qüvvələri keçmiş
SSRİ-nin 366-cı motoatıcı
alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini
işğal edib. Yalnız dinc sakinlərdən ibarət
olan şəhər əhalisi qəddarcasına
qətlə yetirilib. Ermənilərin silahlı
basqını nəticəsində
Xocalı şəhəri
bütövlükdə yandırılıb.
Sakinlərin 613-ü qətlə
yetirilib, 487 nəfər
yaralanıb, 1275 nəfər
əsir götürülüb,
150 nəfər isə
itkin düşüb.
Xocalıya üç istiqamətdən
hücum edildiyindən
əhali Əsgəran
istiqamətində qaçmağa
məcbur olub. Bu istiqamətdə qaçan
xocalılılar Ağdam
rayonu ilə qonşu olan Əsgəran rayonunun Naxçıvanik kəndi
yaxınlığında erməni
silahlı dəstələri
tərəfindən gülləbaran
edilib. Qarlı aşırımlarda və
meşələrdə zəifləmiş,
taqətdən düşmüş
insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni
silahlı dəstələri
tərəfindən xüsusi
qəddarlıqla məhv
edilib. Şahidlər
"Turan"a Xocalı
müsibətindən danışıblar.
Cavid Əliyev Xocalı Rabitə şöbəsinin
müdiri olub. O, şəhəri sonuncu tərk edənlərdəndir.
"Xocalılılar şəhəri
tərk edəndən
sonra, mən rabitəni söndürüb
çıxmışam. Fevralın
25-də axşam Xocalı
zirehli texnikalarla mühasirəyə alınmışdı.
Ermənilər tanklar,
BMP-lər və BTR-lərdən istifadə edirdi. Biz bunlarla bağlı Ağdama və Şuşaya məlumat vermişdik. Mənim işçilərim
Gülşən də,
rəhmətlik Gülbahar
da məlumatları daim ötürürdü.
Həmin gecə növbədə Gülbahar
idi, o, anası və bacısı ilə birgə həmin gecə öldürüldü. Şəhərdəkilərin
hamısı dinc əhali olduğundan qarışıqlıq düşdü,
mən də atamı, anamı, bütün qohumlarımı
itirdim".
"Mən
o gecə Şelli dağında anamı itirdim. O gecə mənim həyatımda ən ağır, ən faciəli gecədir, - deyə şəhərin digər
qadın sakini qeyd edib.
Əli kişinin evi Xocalının ən ucqar yerində, Noraguğla üzbəüzdə
yerləşib. Dediyinə
görə, basqın
birinci onların evinə olub və bütün məhəllədəki evlər
yandırılıb. "Balaca
qardaşımı evimizdə
öldürdülər. Sonra
ermənilər zirzəmilərdə
gizlənmiş qadınları
və uşaqları güllələdilər. Bizim
məhlədə yaşayanların,
demək olar ki, hamısı öldürüldü. Məhləmizdən
iki-üç adam qalmışıq".
Xocalı sakini olan daha
bir qadın hadisələr zamanı ailəsindən üç
nəfərin güllələndiyini
deyir. "Ermənilər
ailə üzvlərim
Əliyev Əyyub Sarı oğlunu, qayınatam Salahov Məhəmməd Əbdül
oğlunu və gəlinim Salahova Zəhra Əliabbas qızını öldürdülər".
Şəhər sakini Tahir deyir
ki, fevralın 25-dən
26-na keçən gecə
"Kəsik" deyilən
yerə qaçıblar.
Onun sözlərinə
görə, yolda anası yorulduğundan, mühasirəyə düşüblər:
"6 sutka mühasirədə
qaldıq, anam soyuqdan donub öldü. 6 sutkadan sonra Ağdamın Muğanlı kəndinə
çatdıq. Qardaşım
Tofiq hadisələrdən
12 gün sonra gəlib çıxdı.
Soyuqdan hamımızın
ayaqları donmuşdu".
Zülfiyyə xanım hadisələr zamanı bütün əzizlərini itirib.
"Hamısı Xocalı
hadisələri zamanı
ermənilər tərəfindən
qətlə yetirilib.
O gecə həyat yoldaşımı, nəvəmi,
gəlinimi, oğlumu,
yeznəmi - hamını
itirdim. Hər yan meyitlərlə dolu idi. Qaranlıqda
zülmlə meyitləri
ayaqlaya-ayaqlaya yol gəldik. Qaynım hələ də girovdur. Ağdama az qalmışdı, yenidən ermənilər qarşımızı kəsdi,
hamını qırdı.
Qarın üzərində
insan meyitləri o qədər idi ki, elə bilirdin
qara yaylıq sərilib".
Adını açıqlamaq istəməyən
digər bir qadın əsir götürülüb. "O qırğında
anamı, qardaşımı,
həyat yoldaşımı,
iki bacımı, qohum-əqrəbamı itirmişəm.
İki körpə uşaqla ermənilər məni əsir götürərək, Əsgərana
apardılar. Bizi döyürdülər, gözümün
qarşısında neçə
kişinin başını
kəsdilər".
Xocalı sakini olan digər
qadın faciə zamanı 28 nəfər yaxınlarının ermənilər
tərəfindən öldürüldüyünü
bildirib. "Şəhidlərimin
16 nəfəri - bacım,
qardaşım, onların
həyat yoldaşları
və balalarıdır.
7 yaşlı nəvəmin
nə günahı var idi, hələ
birinci sinfə gedirdi, onu da
qəddarcasına öldürdülər.
Yeznəm, qudalarım,
dayım qızları
öldürüldü. Heç
birinin məzarı da yoxdur ki,
üstündə ağlayasan.
Soyuqdan ayaqlarımız
dondu. O gecə sanki təbiətin də acığı tutmuşdu. Duman, çiskin, soyuq idi. Qardaşım qızımın ayaqları
dondu və əlil oldu, ayaqlarını kəsdilər",
- deyə faciənin şahidi deyib.
"Xocalıda
qətliama məruz qalan insanlar bizim müsəlman bacı və qardaşlarımızdır". Bu sözləri APA-ya İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan
Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Seyid Kazım Musəvi deyib.
Millət vəkili Ermənistanı
Xocalı qırğınına
görə qınadıqlarını,
onu təcavüzkar adlandırdıqlarını vurğulayıb:
"Heç bir dində bir millətin uşağına,
qocasına rəhm etmədən onu qətliam etmək yoxdur. Bunu edən
bəşəriyyətin düşməni
və qatili hesab olunur".
Musəvi Xocalı soyqırımı
ilə əlaqədar
İranda, xüsusən
də azərbaycanlılar
yaşayan məntəqələrdə
bəzi mərasimlərin
keçirildiyini bildirib:
"Bununla bağlı
fevralın 25-də İran
millət vəkillərindən
ibarət qrup Azərbaycanın Tehrandakı
səfirliyinə gedib
başsağlığı verəcək. Bu mərasimdə
də erməniləri
mühakimə edəcəyik".
Qeyd edək ki, artıq
dünyanın ayrı-ayrı
ölkələrində Xocalı
soyqırımın ildönümü
ilə bağlı tədbirlər keçirilir.
Azərbaycanın Hindistandakı
səfirliyinin bu ölkənin Camia Millia İslamia Universiteti ilə birgə keçirdiyi
seminar-sərgidə səfir
Tamerlan Qarayev Xocalı soyqırımı
haqqında ermənilərin
törətdikləri bəşəri,
mədəni və maddi cinayətlərdən
geniş danışıb.
Tədbirdə soyqırım
haqqında sənədli
film, videogörüntülər və fotosərgi nümayiş etdirilib.
Xocalı faciəsinin 18-ci ildönümü
münasibətilə Rumıniyada
keçirilən tədbirlər
silsiləsi çərçivəsində
Buxarest şəhəri
2-ci sektorunun Mədəniyyət
Mərkəzində "Canlı
alov - Azərbaycan təəssüratları" konfransı
təşkil olunub. Konfransda Buxarest Yazıçılar Assosiasiyasının
sədri, doktor Horia Qırbea Azərbaycan təəssüratlarını
bölüşüb və
fotosərgi nümayiş
etdirib. H.Qırbea Ermənistanın Azərbaycana
qarşı təcavüzünün
ağır nəticələrindən
bəhs edib və erməni silahlı qüvvələri
tərəfindən XX əsrin
ən qanlı səhifələrindən biri
adlandırdığı Xocalı
faciəsi zamanı törədilən vəhşiliklərin
üzərində xüsusilə
dayanıb.
"Xocalıya
Ədalət" beynəlxalq
kampaniyası çərçivəsində
yazılmış repə
çəkilən videoklipin
təqdimat mərasimi
də ötən gün keçirilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, erməni vəhşiliklərinin dünyaya
çatdırılması üçün əyani vəsaitlər çox vacibdir və təqdim olunan klip də bu
məsələdə əhəmiyyətli
rol oynayacaq. Qeyd edək ki, rep üslublu mahnının müəllifi
məhşur rep ifaçısı
Toni Blekmendir, aranjman isə Qordon Uilyamsa məxsusdur.
Azərbaycanın Meksikadakı səfirliyi də bir sıra
təbliğat-informasiya xarakterli
tədbirlər təşkil
edib. Mehriban Ələkbərzadənin müəllifi
olduğu "Azərbaycanda
Xocalı soyqırımı"
adlı sənədli
film ispan dilinə tərcümə edilib və səsləndirilib. Bundan əlavə, ispan dilində Xocalı soyqırımına
həsr edilmiş iki internet səhifəsi
(www.justiciaparajodyali.org, www.justiceforkhojaly.mx) hazırlanaraq
istifadəyə verilib
(APA).
Kölndə isə Xocalı qurbanları sabah anılacaq. Belə ki, fevralın 26-da Kölndə Dünya Azərbaycanlıları Konqresi
(DAK), Azərbaycan Federal Demokrat
Hərəkatı (AFDH) və
Kölndə fəaliyyət
göstərən Azərbaycan
Kültür Ocağının
təşəbbüsü və təşkilatçılığıyla
soyqırımla əlaqədər
konfrans keçiriləcək.
A.CAMAL
Ekspress.-
2010.- 25 fevral.- S.4.