Azərbaycan
xalçası
Payızda UNESCO-nun mədəni irs
siyahısına düşə
bilər
Azərbaycan xalçasının UNESCO-nun mədəni irs
siyahısına daxil edilməsi istiqamətində
işlər davam edir. Bununla bağlı UNESCO komitələrində müzakirələr
keçirilib. Bu barədə jurnalistlərlə
söhbətində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Onun sözlərinə görə,
bu məsələ noyabr ayında həllini tapacaq:
"UNESCO komitələrində də müzakirələr
keçirilib, hazırlıq
işləri davam edir. Əvvəldən nəsə deməyi
xoşlamıram. Ancaq onu
deyə bilərəm
ki, noyabrda bu məsələ ilə bağlı dəqiq məlumat veriləcək".
AYXAN
Ekspress.- 2010.- 6 iyul.- S. 14.