Həvəskar rəssamlar və xalq tətbiqi sənəti ustaları
Şabranda keçirilən sərgi-seminarda
əl işlərini sərgilədilər
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə dünən Şabran şəhərində
həvəskar rəssamların
və xalq tətbiqi sənəti ustalarının əsərlərindən
ibarət sərgi-seminar
keçirilib. APA-nın
Şimal bürosunun məlumatına görə,
sərgidə Xızı,
Siyəzən, Şabran,
Xaçmaz, Quba və Qusar rayonlarından
olan rəssam və tətbiqi sənət ustalarının
300-dən çox əl
işi nümayiş olunub.
Əsas məqsədin xalq yaradıcılığının inkişaf etdirilməsi olduğu bildirilən sərgidə qaliblər Mədəniyyət və
Turizm Nazirliynin fəxri fərmanları ilə təltif olunub.
Zona sərgisinin qalibləri
2010-cu ilin sonlarında
Bakı şəhərində
keçiriləcək respublika
baxış sərgisində
iştirak edəcək.
Ekspress.- 2010.- 15 iyul.-
S.10.