Ağdamsızlığın
17 ili
Ağdam rayonunun işğalından
17 il keçdi.
23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın
ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdam rayonunun ərazisi
1154 kv.km, əhalisinin sayı
isə 164100 mindən
çoxdur. Rayonun 122 kəndi
var ki, onların
da hazırda 87-si işğal altındadır.
Dağlıq Qarabağ hadisələri başlayandan
Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş
Ermənistanın Dağlıq
Qarabağı işğal
etmək məqsədi
ilə 1988-ci ilin fevralından başladığı
müharibəyə ilk olaraq
məhz Ağdam rayonu cəlb olundu. Müharibənin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam
əhalisinin üzərinə
düşdü. 1988-ci
ildə Emənistandakı
dədə-baba torpaqlarından,
daha sonra keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətindəki isti ocaqlarından qovulan onminlərlə azərbaycanlı
da işğal olunmazdan öncə Ağdam rayonunda məskunlaşmışdı.
1992-ci ildən rus ordusuna arxalanan
Ermənistan Silahlı
Qüvvələri Ağdama
olan hücumları daha da intensivləşdirdi. Nəticədə
1993-cü il iyulun 23-də Ağdam şəhəri süquta
uğradı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində
ermənilər rayonun
846,7 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.
Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı
87 kəndində vəşhicəsinə
talan, qarətlə məşğul olduğunu
sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox
azərbaycanlı həlak
olub, minlərlə insan fiziki şikəstlik
qazandı, rayonun 126
min nəfərdən çox
əhalisi öz doğma ev-eşiyindən
qovularaq məcburi köçkünə çevrildi.
Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri
yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonu 538 şəhid verib, 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən
və Qarabağ müharibəsində canını
fəda edən 17 nəfər Azərbaycanın
Milli Qəhrəmanı
adını daşıyır.
Ağdamın işğalının
17-ci ildönümü ilə
bağlı dünən
Şəhidlər Xiyabanı
ziyarət edilib. Ziyarətə "Dağlıq Qarabağın
Azərbaycanlı İcması"
İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı (QAT), Ağdam
Rayon İcra Hakimiyyətinin
rəhbərliyi və
eləcə də Ağdam rayon ictimaiyyəti
qatılıb. Ziyarətçilər şəhidlərin məzarları
üzərinə qərənfillər
düzüb, əklillər
qoyub və şəhidlərin ruhuna dualar oxuyublar.
Ziyarətin sonunda QAT üzvləri "Əbədi
məşəl" kompleksinin
qarşısında Ermənistan
bayrağını yandırıblar.
NƏRGİZ
Ekspress.- 2010.- 24-26 iyul.- S. 16.