Azərbaycanlı rəssam beynəlxalq gül festivalında birincilik qazanıb

 

Türkiyənin Antalya şəhərində keçirilən gül festivalında Azərbaycanı təmsil edən dekorativ sənət rəssamı Raymonda birincilik qazanıb. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, 8 ölkə rəssamının iştirak etdiyi beynəlxalq gül festivalında Azərbaycanı təmsil edən Raymondanın güllərdən düzəltdiyi Azərbaycan xalçası qələbə qazanıb. Rəssam Azərbaycan xalçası üzərində Azərbaycanın və Türkiyənin də bayraqlarını əks etdirib və bu, münsiflərdə xüsusi maraq doğurub. Festivalın sonunda azərbaycanlı rəssam xüsusi mükafat və fəxri fərmanla təltif olunub.

 

 

Ekspress.- 2010.- 9 iyun.- S. 10.