“Qasımın
andı"
Milli qəhrəman
Qasım Rzayevə həsr olunmuş
film təqdim edildi
Dünən Hökumət Evində Avrasiya
Beynəlxalq Araşdırmalar
İnstitutu İctimai
Birliyi "Azərbayanın Milli Qəhrəmanları"
silsiləsindən milli
qəhrəman Qasım
Rzayevin həyatı və döyüş yoluna həsr olunmuş "Qasımın
andı" adlı filmi
təqdim edib.
Filmdə
Qasım Rzayevin taleyindən, erməni
işğalçılarına qarşı döyüşlərdə
göstərdiyi qəhrəmanlıqdan bəhs olunur.
Bununla
yanaşı, ekran əsərində 1991-1992-ci illərdə
Qasım Rzayevin yaşadığı kənd ətrafında
yaranmış hərbi vəziyyət, erməni
terrorçularının törətdikləri vəhşiliklər
də lentə alınıb.
Filmdə
milli qəhrəman Qasım Rzayevin ailə üzvləri, erməni
qəsbkarları ilə döyüşlərdə onunla
çiyin-çiyinə vuruşan döyüş
yoldaşlarının xatirələri öz əksini
tapıb.
Filmin
ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov,
baş məsləhətçisi millət vəkili Qənirə
Paşayevadır.
Təqdimat
mərasimində çıxış edən Qənirə
Paşayeva filmin qəhrəmanı qarşısında
baş əydiyini bildirib. Onun sözlərinə görə,
Qasım Rzayev göstərdiyi bu qəhrəmanlıqla Tovuzun Əlibəyli
kəndinin adını tarixə yazıb.
"Xoşbəxt
o insandır ki, hər kəsin halallığını
alsın. Bu xoşbəxtlik də Qasıma qismət oldu. Torpaqlarımızı
işğaldan azad etmək üçün Qasım qədər
potensial qəhrəmanlarımız olmalıdır. Mən
çox istərdim gənclərimiz Qasım Rzayevdən ibrət
dərsi götürsünlər. Onlar şou-biznesin
bayağı qəhrəmanlarına deyil, bu qəhrəmanlara
oxşamalıdırlar, - deyə Q.Paşayeva bildirib.
Ombudsman
Elmira Süleymanova da Azərbaycan xalqının Qasım kimi qəhrəmanlara
borclu olduğunu deyib: "Halal olsun belə oğula ki, torpaq
uğrunda canını qurban verib. Qasım Rzayev şəxsiyyət
zirvəsini fəth edib".
Deputat
Həvva Məmmədova, Gülər Əhmədova,
Rövşən Rzayev isə filmi ərsəyə gətirən
kollektivə təşəkkür ediblər.
A.İSMAYILOĞLU
Ekspress.- 2010.- 11 iyun.- S. 14.