"Həyati
oçerklər"
Dünyanı ekoloji
fəlakətdən xilas
edəcək kitabın
təqdimatı keçirildi
Dünən Atatürk Mərkəzində
Pənah Qurbanovun
2010-cu ildə ingilis və azərbaycan dillərində işıq
üzü görmüş
"Həyati oçerklər"
("Yeni fəlsəfi
konsepsiya və ya sivilizasiyanın xilas şansı") kitabının təqdimatı
keçirilib.
Kitaba müəllifin 2008-2010-cu illərdə
"Xalq" qəzetində
çap edilmiş 22 məqaləsi daxil edilib. Məqalələr ingilis və
azərbaycan dillərində
verilib. İlk on məqalə bəşər
tarixinin (keçmiş,
indi və gələcək də daxil olmaqla) dialektikanın qanunları
əsasında araşdırılmasına
həsr edilib. Müəllifin elm aləmində
ilk dəfə dialektikanın
qanunlarını birbaşa
insan cəmiyyətinə
tətbiq etmək cəhdi təqdirəlayiq
iş sayılır.
Müəllifin irəli
sürdüyü yeni
fəlsəfi konsepsiyaya
görə, bəşər
tarixi İbtidai icma dövründən, İbtidai icmadan Ali icmaya keçiddən və Ali icmadan ibarət ola
bilər. Dialektikanın qanunlarına, xüsusən
də inkarı inkar qanununa görə, bütün dünyanı əhatə
edəcək Ali icmanın
İbtidai icmanı inkar etməsi labüddür. Bəşəriyyət
instinktiv surətdə
İbtidai icma dövrünü (ən azı iki milyon
il) yaşamış,
ondan sonra gələn və ən çoxu iyirmi min il davam
edən keçid dövrünü başa vurmaqdadır. Ali icma
korkoranə şəkildə,
Amerika Birləşmiş
Ştatlarının və
Avropa Birliyinin nümunəsində bəşər
həyatına daxil olmuşudr. Yaxınlaşan ekoloji fəlakətdən
yan keçmək üçün bəşəriyyət
şüurlu surətdə
Ali icmanın yaranmasını
sürətləndirməlidir. Belə ki, bəşəriyyət
yalnız Ali icmada birləşməklə gücünü
bir yerə yönəldə bilər
ki, bu da
ona ekoloji fəlakətdən yan keçmək şansı
yaradar. Ekoloji fəlakətdən xilas olan bəşəriyyət
əbədi tərəqqi
yoluna çıxacaq,
mütləq demokratiyaya,
mütləq ədalətə
sonsuz olaraq yaxınlaşacaqdır. Bu
o deməkdir ki, yeni fəlsəfi konsepsiya bəşər tarixinin nəinki yaxın gələcəyini,
hətta ən uzaq perspektivini də proqnozlaşdırmaq
imkanına malikdir.
Quldarlıq, feodalizm və kapitalizmin formasiya deyil, keçid dövrünün tərkib
hissələri olması
fikri fundamental nəzəri
bilik kimi qəbul edilə bilər.
Kitaba daxil olan digər on iki məqalə müxtəlif
elm sahələrinə aiddir
və həmin elm sahələrini yeni biliklərlə zənginləşdirə
bilər.
Tədbirdə Azərbaycan
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Neft Akademiyasının müəllimi Hamlet müəllim,
kitabın redaktoru Rasim Ələsov və tərcüməçisi
V.Qəmbərov çıxış
edərək kitabın
nəinki Azərbaycan
üçün, dünya
üçün böyük
töhfə olacağını
vurğulayıblar. Və arzu
ediblər ki, Pənah müəllimin də adı dünya filosoflarının
sırasında çəkilsin.
Pənah Abdulla
oğlu Qurbanov
1940-cı il dekabr ayının 11-də
Qərbi Azərbaycanın
Göyçə mahalının
Ağkilsə kəndində
anadan olub. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçüb, orada orta məktəbi və H.Zərdabi adına Gəncə
Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini
(1963) bitirib. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olub, oranı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji
fəaliyyətlə məşğul
olub. Kimya elmləri doktorudur
(1989).
Pənah Qurbanov 1984-cü ildən
poeziya ilə müntəzəm maraqlanmağa
başlayıb.
İlk poetik toplusu olan "Göyçə
gözüm işığı"
1991-ci ildə işıq
üzü görüb.
2005-2006-cı illərdə
poetik əsərlərinin
5 cildliyi çapdan çıxıb. Hal-hazırda poetik axtarışlarla yanaşı,
fəlsəfi problemlərin
araşdırılması, daxiliyanma mühərriklərinin
təkmilləşməsi, ekoloji təmiz enerji mənbələrinin
axtarışı, həm
də Azərbaycan milli musiqi alətlərinin
(saz, kamança, tar, qaval) təkmilləşməsi
üzərində işləyir.
Namiq MƏMMƏDLİ
Ekspress.- 2010.- 11 iyun.- S. 14.