Adil İsgəndərovun fotoları

 

Dövlət Film Fonduna verildi

 

Azərbaycanın tanınmış rejissoru və aktyoru Adil İsgəndərovun sənədləri Dövlət Film Fonduna təqdim olunub. Fonddan aldığımız məlumata görə, bununla əlaqədar olaraq sənətkarın qızı Dilarə İsgəndərova ilə danışıqlar aparılıb və bu danışıqlar müsbət nəticələnib. Danışıqların nəticəsinə əsasən, Adil İsgəndərovun 70-ə qədər fotosu ötən həftə fonda daxil edilib.

Məlumatda o da qeyd olunur ki, görkəmli kinooperator, SSRİ dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafiq Qəmbərovun da şəxsi kitabxanası bir neçə gün ərzində Dövlət Film Fonduna hədiyyə olunacaq. Kitablarının fondun kitabxanasına verilməsi Rafiq Qəmbərovun öz istəyi olub.

 

Ayxan

 

Ekspress.- 2010.- 22 iyun.- S.10.