İlin "Ən yaxşı müəllim"i müəyyənləşdi

 

   95 müəllim 47 məktəb ən yaxşılardan hesab edilib

 

   Dünən Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib. İclasda 2010-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqələrinin yekunu açıqlanıb.

   Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayı getdikcə artır. O, müsabiqənin əsas məqsədinin ən yaxşı müəllim məktəblərin üzə çıxarılması olduğunu, bu prosesdə obyektivliyin şəffaflığın qorunmasının əsas şərt kimi diqqətdə saxlanıldığını vurğulayıb.

   "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün ölkəmizin əksər bölgələrini təmsil edən 123 məktəbin Təşkilat Komitəsinə müraciət etdiyini deyən nazir bu il iştirakçılar arasında Bakı şəhəri məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb. Belə ki, 123 məktəbdən 49-u (57%) paytaxt məktəbləri olub. Qalan 73 məktəbi isə 34 kənd rayonu (65 məktəb) 3 şəhər (8 məktəb) təmsil edib. M.Mərdanovun dediyinə görə, müsabiqədə iştirak üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu rayonlarının hər birindən 4, Sumqayıt Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı rayonlarının hər birindən 2, 17 rayondan (Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 məktəb müraciət edib. 123 məktəbin təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən sonra 96 məktəb müsabiqənin II mərhələsinə buraxılıb. Bunlardan 47-si Bakı şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 3 olmaqla Sumqayıt Şirvan şəhərlərinin, Quba, Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, Qazax, Kürdəmir, Qubadlı rayonlarının hər birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, İmişli, Saatlı, Cəlilabad) məktəbləri Respublika incəsənət gimnaziyası olub. Ekspertizadan keçdiyi halda, direktorları müəyyən nöqsanlara görə cəza aldıqları üçün Bakı şəhəri 94 151 nömrəli məktəblərin müsabiqənin II mərhələsində iştirakı Təşkilat Komitəsi tərəfindən məqsədəmüvafiq bilinmədiyindən növbəti mərhələyə 94 məktəb buraxılıb.

   Nazir müsabiqənin hər 3 mərhələsinin yekununa əsasən, 47 məktəbin qalib hesab edildiyini deyib. Qeyd olunanlarla yanaşı, Mərdanov ölkəmizin bir sıra şəhər rayonlarının məktəblərinin bu müsabiqədə iştirak etməməsini ya zəif iştirak etdiyini təəssüf doğuran hal kimi dəyərləndirib. "Ən yaxşı müəllim" müsabiqəsində isə iştirak üçün 460 nəfər müəllim sənəd təqdim edib, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 9 nəfərin sənədləri qəbul edilməyib 451 nəfərin sənədləri ekspertizadan keçirilib. Qeyd olunub ki, sənədləri ekspertizadan keçirilən müəllimlərin 206-sı (45.68%) Bakı şəhərinin, 51-i (11.31%) Sumqayıt şəhərinin məktəblərindən, 40-ı (8.87%) Təhsil Nazirliyinin nəzdindəki müəssisələrdən, 16-sı İsmayıllı rayonundan, 10-u Gəncə şəhərindən, 9-u Bərdə rayonundan, 7-si Göyçay rayonundan, hər birindən 6 nəfər olmaqla Lənkəran, Qazax, Xaçmaz rayonlarından, hər birindən 4 nəfər olmaqla Şirvan şəhəri, Ağstafa, Göygöl, Kürdəmir, Quba, Şamaxı, Yevlax rayonlarından, hər birindən 3 nəfər olmaqla Mingəçevir şəhəri, Abşeron, Cəlilabad, İmişli, Qax, Qəbələ, Qubadlı, Qusar, Samux, Tovuz, Ucar, Zaqatala rayonlarından, hər birindən 2 nəfər olmaqla Ağcabədi, Ağsu, Füzuli, Goranboy, Hacıqabul, Salyan, Şəmkir, Siyəzən rayonlarından, hər birindən 1 nəfər olmaqla Beyləqan, Şabran, Gədəbəy, Laçın, Masallı, Neftçala, Sabirabad, Tərtər, Xızı rayonlarından, eləcə 3 nəfər Beynəlxalq ümumtəhsil özəl məktəbindən, 2 nəfər Bakı Slavyan Universiteti nəzdindəki humanitar liseydən olub.

   Bildirilib ki, ümumilikdə Təhsil Nazirliyi ali məktəblərin nəzdindəki, habelə özəl məktəblər istisna olunmaqla müsabiqədə ölkənin 45 rayon şəhərini 406 müəllim təmsil edib. Bu müsabiqəyə sənəd təqdim etməyən rayonların adlarını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov əlavə edib ki, ekspertizanın nəticələrinə görə 203 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb, onlardan 3 nəfər obyektiv səbəblərdən müsabiqənin II mərhələsində iştirak edə bilməyib. O da bildirilib ki, müsabiqənin III mərhələsində üzrlü səbəbdən iki nəfər iştirak etmədiyindən yekun mərhələdə 198 müəllimin təqdimatı dinlənilib.

   Müsabiqənin sonunda hər üç mərhələnin balları əsasında müəllimlərə yekun bal müəyyən edilib və ən yüksək nəticə göstərən 95 nəfər müəllim qaliblər sırasına daxil olunub.

  

   A.ASLAN

 

   Ekspress.- 2010.- 22 iyun.- S. 8.