Baxçaya gedən bir uşaq...
Ay, uzun saç, qara göz
Ağıllı kuklam
mənim.
Gəl, əlifba oxuyaq
Sən şagird ol,
Mən müəllim...
Baxça otağına
yaxınlaşdıqca mahnı
oxuyan tərbiyəçinin
və arxasınca onun dediklərini təkrarlayan uşaqların
səsləri eşidilir.
Həmin
qrupda kiçik yaşlı körpələr
tərbiyə alır.
Onlar bəzi sözləri dəqiq təkrarlaya bilməsələr
də oxumaqdan həzz aldıqları
hiss olunur.
Uşaqlarını
baxçaya göndərən
"Olaylar" qəzetinin
müxbiri, həmkarım
Ülviyyə Xudiyeva məktəbəqədər təhsilin
uşaqlarına çox
şey verdiyini deyir: "Liseylərə qəbul zamanı baxçaya gedən uşaqlar qabiliyyət imtahanlarında daha çox fərqlənir. Baxça uşaqlarının 95%-i imtahanlardan keçirsə,
digər 5%-i baxçaya getməyən,
ancaq müəllim yanında hazırlaşan
uşaqlardır".
Hazırda
bir qızı Atatürk liseyinə qəbul olan ana, digər övladının 331 saylı
baxçada təhsil aldığını bildirdi:
"Baxçalarda uşaqlar
kollektivə alışır,
özlərini aparmağı,
süfrə mədəniyyətini
öyrənirlər. Hazırda Təhsil
Nazirliyi baxçalar üçün ibtidai vəsaitlər hazırlayıb.
Baxçaya gedən uşaq
məktəbə demək
olar ki, hazır gedir".
Qızının
hələ baxçadan
himni, eləcə də dövlət atributlarını öyrəndiyini
deyən həmkarım
məktəbəqədər tərbiyənin vacibliyini vurğuladı: "Bizdə
valideynlər də bu işə düzgün yanaşmırlar.
İclaslarda əksəriyyət baxçada yeməyin azlığından gileylənir.
Ancaq heç demirlər ki, uşağım bu gün baxçada
nə öyrəndi?
Uşaqları nevropatoloqa aparanda
belə onun ilk sualı bu olur
ki, uşağın baxçaya gedir? Çünki şəxsiyyətin formalaşmasında vacib olan bir çox
amillər məhz baxçada yaranır.
Məsələn, əsəbi davranışlar,
ərköyünlük, özünəqapanma,
eqoistlik baxçada, digər uşaqların arasında tədricən itir".
3 yaşında inkişaf edən beyin
Bakı
şəhər Baş
Təhsil İdarəsi
Starateji Təlim, Planlaşdırma və Kadrların Cəlb Olunması İdarəsinin
rəisi Bəhmən
Nəbiyev uşağın
məhz məktəbəqədər
təhsil müəssisəsində
formalaşdığını deyir: "Əgər uşağı məktəbəqədər
tərbiyə müəssisəsinə
qoymuruqsa, bir o qədər onun tərbiyəsində gecikmiş
oluruq. Uşağın müəyyən yaş dövrlərində
onun öyrənməli,
bilməli olduğu bəzi vacib amillər var. Yəni, 3 yaşındakı uşağın
beyni açıq səhifə kimi olur. Nə yazırsan, onu
da götürür.
Erkən
yaşda uşağın
tərbiyəsi nə
qədər düzgün
istiqamətdə qurulsa
bu, bir o qədər yaxşıdır".
Müsahibimimizin sözlərinə görə,
Bakı şəhərində
məktəbəqədər yaş qrupunda olan uşaqların 25%-i məktəbə baxçalardan gəlir.
"Artıq maddi-texniki baza, binalar da bəs
eləmir ki, digər 75%-lik uşaq da baxçalara
cəlb olunsun. Bu vəziyyətin normallaşdırılması üçün
prezidentin müvafiq sərəncamı oldu və həmin proqram təsdiq edildi. Proqrama uyğun olaraq
bu sahə inkişaf etdirilir", - deyən B.Nəbiyev hesab edir ki,
bu, ilk növbədə
1-5 yaşlılarla bağlı
problemlərdir. "Bizdə artıq belə bir sistem
qurulur ki, növbəti illərdə
orta məktəbdə
təhsilə başlayan
uşaqlar heç olmasa hazırlıq keçmiş olsunlar".
Problemin
digər tərəfinə
də toxunan həmsöhbətimiz bildirdi
ki, hazırda Bakı şəhərində
artıq norma
dolub. "Məktəbə
hazırlıq qrupları
da var. Bizdə daha bir məsələ
də var ki, Bakı şəhərində
baxçayaşlı uşaqların
20%-ni qəbul edə biləcək baxçalarda məcburi köçkünlər məskunlaşıb.
Onlar qrup otaqlarında yerləşdiriliblər. Həmin ərazilər
boşaldıqdan sonra
vəziyyət bir qədər də yaxşılaşacaq".
"Baxçalar özəlləşdirilsin,
ancaq standartlara uyğun"
Baxçaların
özəlləşdirilməsinin tərəfdarı olan idarə rəisi örnək də gətirdi: "Biz Amerikanı
götürsək, baxçaların
80%-i özəldir. Həmin baxçalarda olan şərait dövlət
hesabında olan məktəbəqədər müəssisələrdən
daha yaxşı qurulub. Dövlətin
üzərinə az yük düşür. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl baxçaların şəbəkəsi
genişləndirilməlidir. Elə-belə pərakəndə şəkildə olmamalıdır.
İş adamları özəlləşdirmək
istədikləri baxçaları
standartlara uyğunlaşdırmalıdırlar.
Bəzi vaxtlar özəlləşdirilən
baxçalar məktəbəqədər
müəssisə kimi
də fəaliyyət
göstərmir. Problemlərin
həlli istiqamətində
iş gedir".
Standartlara aydınlıq
gətirən B.Nəbiyev,
burada məktəbəqədər
müəssisənin fəaliyyət
göstərməsi üçün
baxçanın əsasnaməsinin,
maddi-texniki bazasının,
kadr potensialı və sanitar-gigiyenik normalara cavab verməsinin əsas götürüldüyünü vurğuladı. Dediyinə görə,
elə özəl baxça var ki, işçilərinin savadı və bu sahədə heç bir təcrübəsi yoxdur.
"Qaş qayırdığımız
yerdə göz tökməməliyik".
Hazırda
özəl baxçalardan
təhsil haqqının
çox olması məsələsinə də
toxunan idarə rəisi "hər şey rəqabətdən
asılıdır" deyərək,
hesab edir ki, özəl baxçaların sayı artdıqca qiymətlər
də ucuzlaşacaq. Onun sözlərinə görə,
özəl müəssisələrə
standart qiymətlərin
qoyulması da Təhsil Nazirliyinin işi deyil. B,Nəbiyev bunun
onların göstərdiyi
xidmətin müqabilində
təyin olunduğunu söyləyir.
Məktəbəqədər təhsil...
bunu hamı anlamır
Uşaq
və Gənclərin
Reabilitasiya Mərkəzinin
psixoloqu Asif Kərimovun sözlərinə
görə, bir çox valideynlər baxçanı uşağı
saxlayan bir müəssisə kimi başa düşürlər:
"Təəssüf ki,
bunu hələ də təhsil kimi qəbul edə bilmirlər. Məktəbəqədər təhsilə 1-3 yaşda cəlb edilən uşaqların psixoloji inkişafı məqsədyönlü şəkildə
aparılır. Bunu tədqiqatlar
da sübut edir. Bu da
onun bilik səviyyəsini, ətraf
aləmlə tanışlığı,
digər həmyaşıdları
və böyüklərlə
ünsiyyətidir. Burada özünəməxsus
cəmiyyətdə uşağın
inkişafı nəzarət
altına alınır.
Nə üçün məktəbəqədər
təhsil vacibdir?
Ona görə ki, 2 yaşdan etibarən uşaqda ətraf aləmlə tanışlıq
nitqi inkişaf dövrünə gətirir
ki, bu çox
vacibdir. Həmin dövrü
itirmək olmaz.
Bu dövrdə məqsədyönlü
inkişaf gedərsə,
uşağın gələcək
təhsil bacarıqları,
qabiliyyətləri lazımi
səviyyədə olacaq",
- deyən A.Kərimov
hesab edir ki, əslində baxçalar bu inkişafı lazımi qədər təşkil etmək üçün yaradılıb. Dediyinə
görə, bu zaman tərbiyəçilər
uşağın tərbiyəsini
nəzarət altına
götürür: "Tədqiqatlar
da sübut edib ki, uşağın
gələcəkdə kim olması, intellektual imkanları məhz kiçik yaşlarında onun tərbiyəsinin təşkil
edilməsi ilə bağlıdır. Çünki bu dövrdə uşaq dünyagörüşü,
ətraf aləmlə
tanışlığı elə bir dövrə
düşür ki, beyin hazır vəziyyətdə olur və onu qəbul
edir. Nitqi inkişaf, ünsiyyətin
qurulması, cəmiyyətdə
uşağın formalaşması
uşağın məktəb
dövrünə hazırlıq
mərhələsidir. Gələcəkdə uşağın necə olması məhz məktəbəqədər
təhsildən asılıdır".
"Uşaqlarım pis
oxuyur..."
Artıq
2 övladını orta
məktəbə göndərən
evdar qadın Ülviyyə Fərhadova isə uşaqlarının
baxçaya getmədiyini
bildirdi: "Onları
baxçaya aparmadım.
Buna yoldaşım icazə vermədi. İndi çox peşmanam. Çünki uşaqlar dərslərini
yaxşı oxuya, yadda saxlaya bilmirlər.
Onlar üçün əlavə
müəllim tuturam".
Oğlunun
qapalı, daha çox tək oynamağa üstünük
verdiyini deyən ana bunun səbəbini
baxçaya getməməkdə
görür: "Həmyaşıdlarına
alışa bilmir. Dərsdən evə gələndə
də dalaşa-dalaşa
gəlir. Müəllimləri də dərslərə diqqətli olmadığından
şikayətlənir".
"Baxçada
böyüyən uşaq
evdə böyüyən
uşaqdan daha fəal olur"
"Məktəbəqədər yaş
dövründə - 3 yaşında
uşağın "mən"
obrazının formalaşdığı
vaxtdır. Tərbiyəçi də bu haqda
kifayət qədər
məlumatlıdır. Tapşırıqlarla, çalışmalarla uşağın özünü
aktuallaşdıra bilir.
Onun çatışmayan tərəflərini
görür. Uşaq digər
həmyaşıdları içərisində
özünü tanıya
bilir. Adi valideynlərdə bu biliklər yoxdur", -deyən A.Kərimov valideynlərin
görünən tərəfləri
gördüyünü, zəiflikləri
görə bilmədiyini
vurğuladı. Bunu tərbiyəçi
görür və zəif tərəfləri
aradan qaldırmağa
çalışır.
Hazırkı dövrdə
25% uşağın baxçaya getməsini də Təhsil
Nazirliyinin (TN) qərarı ilə məcburi xarakter
daşıdıqdan sonra baş verdiyini söyləyən
psixoloq "nə üçün uşaqlar məktəbəqədər
müəssisəyə verilmir" sualına "ilk növbədə
valideynlər məlumatsızdırlar. Maarifləndirmənin zəif
getməsi valideynləri baxçalardan çəkindirir",
- cavabını verdi. Onun sözlərinə görə,
baxçaların özünün ayrı-ayrı regionlarda
sayının az olması da buna təsir edən amillərdəndir.
A.Kərimov deyir ki, olan baxçaların da kifayət qədər
maddi-texniki bazası yoxdur. "Fikir versəniz,
baxçaların əksəriyyəti hündürmərtəbəli,
beşmərtəbəli binaların birinci mərtəbəsində
yerləşir. Zirzəmiyə daha yaxın olur. Burada rütubət
də çox olur. Otaqların səviyyəsi çox pis, bəzən
təhsilə yaramır. Əslində xəstəliklər mənbəyidir".
Həmsöhbətimiz
Təhsil Nazirliyini maddiyyat tərəfdən
qınamağın tərəfdarı deyil:
"Çünki əslində dövlət özəl təhsili
də inkişaf etdirməlidir. Nə zamana qədər bunu
yalnız dövlət həyata keçirməlidir? Onun
birbaşa funksiyasıdır ki, təhsilə nəzarət
etsin, təmirə yox. İkinci bir tərəfdən,
maddi-texniki bazanın olmaması, tərbiyəçilərin əmək
haqlarının aşağı olması, təcrübəli
müəllimlərin dayəliyə üz tutması kimi
problemlər var".
Aytən FƏRHADOVA
Ekspress.- 2010.- 30 iyun.- S.8.