Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban bu
məhkəmə, onun necə
və kimlərin sifarişi
ilə hazırlanmasını
arxiv materialları əsasında araşdırıb.
Bağırov və Heydər Hüseynov
"...Azərbaycan
dili qrammatik quruluşuna görə ilqisaqi dillərdəndir və türk dillərinin ümumi qrammatik əsaslarına uyğundur. Buna görə də Azərbaycan
dilinin morfoloji quruluşu, əsasən, kök
və şəkilçilər
sistemindən ibarətdir. Müasir Azərbaycan dilində sadə
və mürəkkəb cümlələrin bir
çox növü
ilə ən mürəkkəb fikri məqsədəuyğun çalarlıqla
ifadə etmək olur. Cümlə üzvlərinin
cümlədə yeri nisbi
mənada sabitdir, yəni xəbər
cümlənin sonunda, mübtəda
əvvəlində, tamamlıq mübtədadan sonra, zərflik xəbərdən,
təyin təyin olunandan
əvvəl gəlir. Üslubdan
asılı olaraq, bəzən
cümlə üzvlərinin yeri dəyişdirilir.
Azərbaycan dilinin
lüğət tərkibinin əsası türk dillərinə
mənsub ümumi mənşəli sözlərdir. Müasir
Azərbaycan dilində alınma sözlər də var; əsasən,
dilimizə müxtəlif tarixi dövr və hadisələrlə
əlaqədar olaraq, ərəb, fars, rus və Avropa dillərindən
keçmişdir. Ərəb və fars sözləri, əsasən,
azərbaycanlıların islamiyyəti qəbul etməsindən
sonra, təqribən 9-10 əsrlərdən başlayaraq,
lüğət tərkibinə daxil olmuşdur. 19-cu əsrdən
isə lüğət tərkibinə rus dilindən də bir
sıra söz keçmiş və bu proses get-gedə daha da
güclənmişdir. Alınma sözlərin bir qismi mənsub
olduğu dillərdən bilavasitə, bir qismi də başqa
dil vasitəsi ilə keçmişdir; bəziləri əslinə
müvafiq halda saxlanılmış, bir qismi isə fonetik və
ya semantik cəhətdən azərbaycanlılaşdırılmışdır.
Azərbaycan dilinin lüğət tərkibi zəngindir. Son
hesablamaya görə, müasir Azərbaycan dilinin lüğət
tərkibində 100 minə qədər söz var.
Azərbaycan ədəbi
dilinin təqribən minillik tarixi var. 9-10 əsrlərdən
şifahi, 11-ci əsrdən isə yazılı qol üzrə
formalaşan Azərbaycan ədəbi dili, əsasən,
üç inkişaf dövrü keçirmişdir: I.
(ümusxalq dili əsasında ədəbi dilin
formalaşdrılması və inkişafı dövrü
(9-18 əsrlər); milli ədəbi dilin dövlət dili kimi
yenidən qurulması dövrü (Sovet dövrü). Birinci
dövrün başlanğıcında şifahi ədəbi
dil əsas olmuşdur. Bu dövrün ən zəngin abidəsi
"Kitabi-Dədə Qorqud"dur". Yazılı ədəbi
dilin yaranması isə ərəb əlifbasının azərbaycanlılar
arasında işlənilməsinin ilk mərhələsi ilə
bağlıdır. 13-14-cü əsrlərdə
yazılmış bir çox əsərin yetkin dili
yazılı ədəbi dil əsaslarının daha əvvəl
yarandığını göstərir. 16-cı əsrdə
Azərbaycan dili dövlət və hərbi təlim dili
oluşdur. Klassik şeir üslubu daha da yetkinləşmiş,
bədii nəsrin, rəsmi və elmi üslubun ilk nümunələri
yaradılmışdır. Azərbaycan ədəbi dilinin
inkişafında Şah İsmayıl Xətai və Məhəmməd
Füzulinin xidmətləri xüsusi qeyd edilməlidir. Bu
dövrün sonlarında (17-18 əsrlər) isə şifahi ədəbi
dil güclənmişdir. Bu mərhələdə dastanlar,
aşıq şeiri (bayatı, qoşma və s.) geniş
yayılmış, qoşma üslubu yazıvlı ədəbi-bədii
dilin qabaqcıl üslubuna çevrilmiş, beləliklə də
yazılı ədəbi dilin lüğət tərkibi
ümumxalq sözləri hesabına xeyli zənginləşmişdir.
Qoşma üslubunun tam formalaşmasında Vaqifin xidmətləri
olduqca böyükdür. Birinci dövrün son mərhələsində
hələ rüşeym halında olan Azərbaycan milli dili
19-cu əsrdən ədəbi dilin əsasını təşkil
etmiş, realist ədəbiyyat və mətbuatın
inkişafı ilə bağlı olaraq, həmin əsasda
sabitləşməyə başlamışdır. Azərbaycan
ədəbi dilinin inkişafındakı ikinci dövrün əlamətdar
cəhətlərindən biri yazılı ədəbi dilin
milli dil əsasında yenidən qurulması tələbatından
doğan əlifba, orfoqrafiya, terminologiya məsələlərinin
ardıcıl müzakirəsi və təkmilləşdirilməsidir.
Bu dövrdə
M.Kazım bəy, Mirzə Şəfi Vazeh, V.Ə.Vəzirov,
M.A.Şahtaxtlı (19-cu əsr), S.M.Qənizadə, N.Nərimanov,.
M.Mahmudbəyov, Ü.Hacıbəyov, F.Ağazadə (20-ci əsrin
əvvəli) Azərbaycan dilinin tədrisi və tədqiqinə
aid bir sıra əsər yazmışlar (bax: Azərbaycan
dilçiliyi). Üçüncü dövrdə Azərbaycan
ədəbi dilinin bədii, elmi, ictimai-siyasi üslubları təkmilləşmiş,
ədədbi dil şivələr arasındakı münasibət
əsaslı surətdə dəyişmişdir. İndi
dialekt və şivələr ədəbi dilə deyil, ədəbi
dil onlara təsir edir. Şivə xüsusiyyətləri məhdudlaşır,
ədəbi dil vahidləri isə yayılır və
ümumiləşir".
"Azərbaycan
dili" məqaləsinin ədəbiyyat siyahısında Azərbaycanın
dilçi alimlərinin kitabları ilə yanaşı, 1958-ci
ildə Türkiyədə Məhərrəm Erçinin
"Dədə Qorqud" kitabı, 1943-cü ildə Tehranda
nəşr edilmiş Salamullah Cavidin "Xudamuz zəbani Azərbaycan
və farsi" əsəri də vardır.
1970-ci ildə Rəsul
Rzanın 10 cilddə nəzərdə tutulmuş
"Yaşıl" cildli ensiklopediyasının nəşr
olunmuş birinci cildi Azərbaycan KP MK-nın göstərişi
ilə satışdan götürüldü. C.B.Quliyevin
baş redaktorluğu ilə "Qırmızı" cildli
ASE-nin birinci cildi altı ildən sonra, 1976-cı ildə nəşr
olundu. 1949-cu ildə BSE-də, 1970-ci ildə ASE-də dərc
edilmiş "Azərbaycan dili" məqaləsi 1976-cı
ildə bu şəkildə verilmişdir: "Azərbaycan
dili - azərbaycanlıların dili. Azərb. SSR-in dövlət
dilidir. Türk dilləri ailəsinin c-q qrupuna daxildir (ətraflı
məlumat üçün bax: xüsusi cild - Azərbaycan
Sovet Sosialist Respublikası)".
ASE-nin IV cildində
(1980, səh.81) "Ermənilər", "erməni
dili" və "erməni yazısı" məqalələri
var. Məqalələr Böyük Sovet
Ensiklopediyasının (Üçüncü nəşr)
1970-ci ildə çapdan çıxmış birinci cildindən
(səh. 732) götürülmüşdür. BSE-nin baş
redaktoru akademik Aleksandr Proxorov olsa da, müttəfiq
respublikalarla nəşr olunan ensiklopediyaların fəaliyyətinə
bilavasitə onun birinci müavini Levon Stepanoviç Şaumyan
rəhbərlik edirdi. Mir Cəfər Bağırovun 1949-cu ildə
Stalinə məktubunda daşnak mövqe tutduğuna görə
ifşa etdiyi Levon Stepanoviç Şaumyan iyirmi iki ildən
sonra Bakıda peyda oldu. Onu Rəsul Rzanın "dərsini
vermək üçün" dəvət etmişdilər.
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru,
vaxtilə Rəsul Rza ilə ASE-də bir yerdə işləmiş
Yaqub Mahmudov 2008-ci ildə nəşr olunmuş
"Özümüz" kitabının "Levon
Stepanoviç Şaumyan Bakıya gətirilir" hissəsində
belə nəql edir: "...Rəsul Rzanın
başçılığı ilə Azərbaycan
Ensiklopediyasında şölələnməyə başlayan
milli oyanış ocağını söndürmək
üçün L.S.Şaumyanı Bakıya
çağırdılar... Elm şöbəsindən tez-tez
ensiklopediyaya zəng vurmağa başladılar: - Moskva
Ensikopediyasından çox hörmətli qonaq gəlir, onu
layiqincə qarşılmağa hazırlaşın!
...Rəsul müəllimlə
telefon danışığından heç yarım saat da
keçməmişdi ki, baş redaktorun qapısı
ağzında üç nəfər göründü. Əli
çəlikli, irigövdəli, topasaqqal kəsi
hamımız dərhal tanıdıq. Hər iki tərəfdən
onun qoluna girmiş yerli məmurlar isə Elm şöbəsinin
məsul işçiləri idilər. Rəsul müəllim
yerindən tərpənmədi. Biz də
qımıldanmadıq. İki yerli məmur topasaqqalı
divarın dibi ilə Rəsul müəllimin yanına gətirməyə
məcbur oldular. Rəsul müəllim yenə yerindən tərpənmədi.
Topasaqqal Rəsul müəlimə salam verib əl uzatdı. Rəsul
müəllim bu dəfə də yerindən tərpənmədi,
lakin əlini, daha doğrusu, qolunu "qonağa" sarı
uzatdı. Baş redaktorumuzun ancaq və ancaq etika xatirinə,
çox ürəksiz əl uzatmağa "məcbur
olduğunu" hamı hiss etdi. Çünki Rəsul müəllimin
əlinin, necə deyərlər, biləkdən
aşağı asılıb durduğunu və ensiklopediya tərəfindən
"çağırılmamış qonağın" əlini
sıxmadığın hamı görürdü... Elm
şöbəsinin məmurları L.S.Şuamyana bir stul verdilər
və qonağı Rəsul Rzanın qabaq stolunun sağ
küncündə "rahatladılar". "Hörmətli
qonaq" Rəsul müəllimlə hal-əhval tutduqdan sonr,
işlə tanış olmaq arzusunda olduğunu bildirdikdə,
baş redaktorumuz çox sərt şəkildə cavab verdi:
"Narahat olmayın, biz öz işlərimizi
özümüz idarə edə bilirik! Köməyə
ehtiyacımız yoxdur. Olsaydı, özümüz sizə
müraciət edərdik. Bir halda ki, bizə canıyananlıq
edirsiniz, onda elə bu müzakirədə iştirak etsəniz,
hər şey aydın olar". Bundan sonra isə müzakirə
başlandı, nə başlandı. Tarixçilər,
filoloqlar, dilçilər, sənətşünaslar,
coğrafiyaşünaslar, Elm-Nəzarət
redaksiyasının əməkdaşları stolun üstünə
yığılmış Moskva ensiklopediyalarını səhifəbəsəhifə
vərəqləyərək, xalqımıza qarşı
yazılan bütün böhtanları, təhrifləri onun
baş təşkilatçısı olan L.S.Şaumyanın
üzünə oxudular. Müzakirə təxminən
iki-üç saat davam etdikdən sonra Rəsul müəllim,
nəhayət, çıxışları
yarımçıq kəsdi və üzünü Mərkəzdən
gətirilmiş "qonağ"a tutub çox ciddi bir tərzdə
bildirdi: "Bizim ensiklopediyaçılar sizin
başçılıq etdiyiniz Moskva ensiklopediyalarında Azərbaycana
qarış sistemli surətdə həyata keçirilən təhriflərin
ancaq bir qismini dedilər. Bu təhriflərlə biz hər
gün rastlaşırıq. Əgər bütün bu deyilənləri
nəzərə alsanız kifayətdir, başqa heç bir
köməyiniz lazım deyil!"
Nər kişinin
qarşısında oyuncağa çevrilən və hikkəsindən
içində qaynayan qəzəbdən-nifrətdən
gömgöy göyərmiş L.S.Şaumyan, atasından fərqli
olaraq, bizə divan tuta bilmədiyi üçün çox pərt
oldu və suyu süzülə-szülə yerli məmurların
qolunda otağı tərk etdi..." (adı çəkilən
kitab, səh. 89-91).
Beləliklə, Mərkəzi
Komitənin, Yaqub Mahmudovun təbirincə desək, Elm
Şöbəsinin məmurları Rəsul Rzaya Şaumyan dərsini
təşkil edə bilmədilər. Əksinə oldu. Nər
kişi Rəsul Rza daşnak Şaumyana dərs verdi!
Rəsul Rzanı
döyüş meydanında təkləyərək aradan
qaldırdılar. Mir Cəfər Bağırovun məhkəməsini
dünya daşnaklarının, ilk növbədə Moskva
şaumyanlarının və Kreml mikoyanlarının təhrikilə
davam etdirənlər 1977-ci ilin iyununda Stepan Şaumyanın digər
oğlu Sergey Şaumyan üçün göz yaşı
axıtdılar.
Mir Cəfər
Bağırov 1949-cu ildə Azərbaycan KP-nın on yeddinci
qurultayına hesabat məruzəsində onu
"faşist-daşnak Avakyanla sıx əlaqədə olan
Sergey Şaumyan" kimi damğalamışdı.
"Elm şöbəsinin
məmurlarının" tövsiyəsiylə tərtib
olunmuş nekroloqa görəsə ("Kommunist" qəzetinin
1977-ci il 9 iyun tarixli sayında dərc olunmuşdur - T.Q.) Sergey
Şaumyan Moskvada sanki mələk donunda vəfat
edibmiş":
1914-cü ildə Həştərxan
şəhərində, Kommunist Partiyasının görkəmli
xadimi, Vladimir İliç Leninin silahdaşı, Bakı
komissarı Stepan Georgiyeviç Şaumyanın ailəsində
doğulmuşdur. 1930-cu ildə Moskvada orta məktəbi
bitirmişdir, "Dinamo" zavodunda elektrik mantyoru işləmişdir,
1938-ci ildə partiya sıralarına daxil olmuşdur. Böyük
Vətən müharibəsi illərində Moskva müdafiə
zonası qoşunlarının əsgərləri arasında
siyasi iş aparmışdır. 1951-ci ildən
ömrünün axırınadək elmi-pedaqoji sahədə
səmərəli işləmiş, Sov. İKP MK yanında
İctimai Elmlər Akademiyasının professoru
olmuşdur".
Azərbaycanda "əziz
xatirəsini qəlblərində həmişə yaşadacaq
yoldaşlarından bir qrup üçün" Sergey
Şaumyan nə üçün unudulmaz idi? 1977-ci ildə
"yoldaşlarından bir qrup" adlı anonim nekroloqun əsl
müəllifləri kimlərdir? Mənə elə gəlir
ki, onları M.C.Bağırovun məhkəməsinin
yalançı şahidləri arasında axtarmaq
lazımdır.
Teyyub Qurban
Ekspress.-
2010.- 13-15 mart.-S.15.