Rəsul Rzanın əsərləri tapılıb

 

İndiyədək heç yerdə işıq üzü görməyən əlyazmalar mətbuatda çap olunacaq

 

Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi münasibəti ilə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki 23 saylı şəxsi fondu yenidən nəzərdən keçirilib. Bu zaman şairin indiyədək heç yerdə işıq üzü görməyən bir neçə əlyazması tapılıb.

Arxivin direktoru Maarif Teymurun verdiyi məlumata görə, yazılardan biri "Üzeyir əmi" adlanır. İkinci əlyazma isə Qara Qarayevin 3-cü simfoniyası haqqındadır. Bir jurnalist xanımla şairin arasındakı maraqlı dialoqlar əsasında yazılan "Aypara deyirdin" yazısı isə məqalə şəklindədir.

Maarif Teymurun sözlərinə görə, bu əsərlər mətbuat orqanlarından birində çap olunacaq. Hazırda bununla bağlı danışıqlar aparılır.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 20-29 mart.- S. 20.